"Ümid edirik ki, aprel döyüşləri təkrarlanmayacaq"

"Ümid edirik ki, aprel döyüşləri təkrarlanmayacaq"
10:37 22 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı ümid edir ki, aprel hadisələrindən sonra təmas xəttində Azərbaycan və Ermənistan qoşunları atəşkəs rejiminə əməl edəcəklər.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bu sözləri Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran məsələləri üzrə xüsusi nümayəndəsi Herber Zalber deyib. 

"Təəssüflər olsun ki, atəşkəs kobud şəkildə pozulub və hesab edirəm ki, aprel hadisələrinin təkrarlanmasının qarşısını almağa imkan olacaq. Çünki atəşkəs rejiminə əməl olunma sülh danışıqlarının əsas komponentidir. Ümid edirəm ki, aprel döyüşləri təkrarlanmayacaq", - deyə Zalber vurğulayıb.

Qeyd edək ki, Aİ-nin xüsusi nümayəndəsi oktyabrın 25-i Azərbaycana üçgünlük səfərə gələcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/482022.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR