Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin direktoru apellyasiya şikayəti verib

Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin direktoru apellyasiya şikayəti verib

Bakıda direktoru qətlə yetirənlərlə bağlı YENİ XƏBƏR - FOTO (25 Mart 2017 12:32)
Bakıda məscidi partlatmaq istəyən terrorçudan XƏBƏR VAR (18 Mart 2017 10:22)
Arvadını stəkanla öldürən şəxsin şikayəti təmin edilməyib (15 Mart 2017 21:52)

Tarix: 22 Oktyabr 2016 10:42

Bakı. 22 oktyabr. REPORT.AZ/ Dələduzluqda və vəzifə saxtakarlığında təqsirləndirilən “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimov barəsində olan hökmdən apellyasiya şikayəti verib.
“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək məhkəmə prosesi oktyabrın 26-na təyin edilib.
İşə hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, ittiham aktına əsasən, vətəndaşlar 2007-2008-ci illərdən etibarən “VEDI-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar.
Araşdırmalar zamanı MMC-nin direktoru Q.Rəhimov çoxmərtəbəli yaşayış binasındakı mənzilləri aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıb. Bu yolla 29 nəfər zərərçəkənə 305 min manat məbləğində ziyan vurulub.
O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. İstintaq dövründə Q.Rəhimov barəsində heç yerə getməməklə bağlı iltizam alınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q.Rəhimov 6 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Teqlər:  Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin direktoru apellyasiya şikayəti verib



RƏYLƏR


Top xəbərlər