Zavodda səhv: 100 adam xəstəxanada, şəhər köçürüldü

Zavodda səhv: 100 adam xəstəxanada, şəhər köçürüldü
10:42 22 Oktyabr 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da zavodlardan birində kimyəvi maddələrin yanlış qarışdırılması səbəbindən 100 nəfər xəsarət alıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, hadisə bu gün səhər Kanzas ştatındakı tünd spirtli içkilər istehsal edən MGP Ingredients Inc. zavodunda baş verib. Zavodun işçiləri səhvən natrium hipoxlorid və sulfat turşusunu qarışdırıblar və yaranmış kimyəvi reaksiya şəhərin səmasında qaz buludlarının əmələ gəlməsinə səbəb olub.

Şəhərin 11 min əhalisi zəhərli qazın yayılmasına görə evakuasiya edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR