“Türk Hava Yolları”nın rəhbəri Gülənə görə işdən çıxarıldı – İDDİA

“Türk Hava Yolları”nın rəhbəri Gülənə görə işdən çıxarıldı – İDDİA
10:48 22 Oktyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

“Türk Hava Yolları” avia şirkətinin baş direktoru Temel Kotil tutduğu vəzifəsindən azad olunub.

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, onun yerinə Türkiyə Dövlət Mülki Aviasiya Administrasiyasının rəhbəri Bilal Ekşi təyin olunub.

Qeyri-rəsmi məlumatlara görə, Temel Kotil Fətullah Gülən şəbəkəsi ilə əlaqəsinə görə vəzifəsindən çıxarılıb.

Türkiyə mediası iddia edir ki, son 10 ildə “Türk Hava Yolları” Afrika, Avstraliya və Orta Asiya ölkələrinə təyyarə reysləri açıb:

“Təkcə Afrika ölkələrinə, o cümlədən Keniya, Tanzaniya, Somali, Uqandaya 20-dən çox reys açılıb. Bu reyslərə isə müasir və komfortlu “Boeing 737-900” model təyyarələr buraxılıb. Ancaq həmin reyslərin sərnişinləri daha çox bu ölkələrdəki Gülən camaatına aid məktəblərin müəllimləri idi. Bütün bunlar isə Temel Kotili hədəfə gətirən əsas səbəblərdən biridir”.

Xatırladaq ki, Temel Kotil 2005-ci ildə “Türk Hava Yolları” avia şirkətinin baş direktoru təyin olunub.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR