4,8 milyon dollarlıq oyuncaq hava limanı - FOTO/VİDEO

4,8 milyon dollarlıq oyuncaq hava limanı - FOTO/VİDEO
11:13 22 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Dünyanın fəaliyyət göstərən ən böyük hava limanı modeli “Miniatür dünyası” adlanır və Almaniyanın Hamburq şəhərində yerləşir.

Burada 40 000 işıq, 15 000 insan fiquru, 500 avtomobil, 10 000 ağac, 50 qatar, 1000 vaqon, 300 siqnal və işıqfor, 300 bina və 40 təyyarə var.

40 təyyarə və 90 nəqliyyat vasitəsi daimi olaraq hərəkət edir.

Maketin miqyası 1:87-dir və 150 kv.m sahədə yerləşir.

Hər bir təyyarə xüsusi metal millər vasitəsilə “uçur” və “enir”, bundan sonra maqnitlər vasitəsilə hava limanı ərazisi üzrə terminala doğru hərəkət edir.

Təyyarələrə hava limanı texnikası da təhkim edilib, hətta baqajın boşaldılma prosesi də nəzərə alınıb.

Ən maraqlı vaxt gündüzün gecə ilə əvəzlənməsidir. Bu hava limanında həyat, əksəriyyəti uçuş və eniş üçün 23:00-dan 6:00-a qədər bağlı olan Avropanın həqiqi hava limanlarından fərqli olaraq bir dəqiqə olsun belə dayanmır.





















Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/173107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR