Metroda dəhşətli teraktın qarşısı alındı - LONDONDA - FOTO

Metroda dəhşətli teraktın qarşısı alındı - LONDONDA - FOTO
11:22 22 Oktyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Britaniyanın paytaxtı Londonda dəhşətli terror aktının qarşısı alınıb.

Milli.Az The Guardian-a istinadən bildirir ki, polis "North Greenwich" stansiyasında şübhəli paket aşkarlayıb. Hadisə yerinə çağırılmış istehkamçılar paketi uzaqdan idarə olunan mini-partlayışla zərərsizləşdiriblər.

Terrorçu bu paketi partlatmaqla "O2 Arena"nın altından keçən "Jubilee" metro tunelində faciə törətmək istəyib.

Olayla bağlı olaraq şübhəli şəxs qismində 19 yaşlı London sakini tutulub.

Londonun şərqində, "O2 Arena" stadionunun yaxınlığındakı "Holloway Road" küçəsində tutulan saqqallı gənc saxlanan zaman polisə müqavimət göstərib. Polis bu şəxsin Londonun cənubundakı mənzilində axtarış aparıb.

Bu şəxsin İŞİD-lə bağlı olub-olmadığı araşdırılır.

İlkin məlumatlara görə, İŞİD London metrosunda və ictimai nəqliyyatında teraktlar seriyasını gerçəkləşdirmək niyyətində olub.

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/481995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR