Maneələri müstəqil dəf edən əlil arabası xəstələrin həyatını yaxşılaşdıracaq

Maneələri müstəqil dəf edən əlil arabası xəstələrin həyatını yaxşılaşdıracaq
11:35 22 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Hindistan mühəndisləri həkimlər qrupu ilə birlikdə maneələri müstəqil keçə bilən “ağıllı” əlil arabasının hazırlanması ilə məşğul olmağa başlayıblar.   

“ICTnews” Elektron Xəbər Xidməti “Medportal” resursuna istinadən yazır ki, mühəndis Navin Kumar Məlik və onun həmkarları əlil arabasından istifadə edən xəstənin hərəkətini daha təhlükəsiz edəcək xüsusi naviqasiya sistemi yaradıblar. Maneələrdən yan keçməklə yanaşı, istifadəçinin vəziyyətini nəzərə alan belə “ağıllı” araba zəif və koqnitiv pozuntulardan əziyyət çəkən xəstələr üçün faydalı olacaq.

Bildirilir ki, araba istifadəçisinin yorulan zaman hərəkət etməsi böyük təhlükəyə səbəb ola bilər. Yeni araba xəstənin bədən temperaturu, nəbzi və digər parametrləri barədə informasiya alır. Hazırda “ağıllı” araba üçün naviqasiya sisteminin prototipini ərsəyə gətirən mütəxəssislər yaxın vaxtlarda onun kütləvi istehsalına başlamağı planlaşdırırlar. Onlar əmindirlər ki, belə naviqasiya sistemi ilə təchiz edilən əlil arabaları xəstələrin həyat səviyyəsini xeyli yaxşılaşdıracaq və onlara başqa insanlardan az asılı olmağa kömək edəcək.  

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-43950-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR