Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur aktrisa kirayə pulunu da verməyib - FOTO

Məşhur aktrisa kirayə pulunu da verməyib - FOTO

Date: 22 October 2016 11:37

Qalmaqalları ilə ad çıxaran məşhur aktrisa, Hollivud ulduzu Lindsi Lohan yenə medianın gündəmindədir. Səbəb isə onun Britaniyanın paytaxtı Londonun dəbdəbəli səmtlərindən sayılan Naytsbricdəki lüks mənzilə görə kirayə haqqını ödəməməsidir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 3,5 milyon funt-sterlinq dəyərində mənzilin sahibinin vəkilləri 30 yaşlı aktrisaya məktub yollayaraq ondan 77600 avro tələb ediblər. Vəkillərin yazdıqlarına görə, yarım illik kirayə haqqı ödənməsə, onlar noyabrın 8-dək məhkəməyə müraciət edərək L.Lohanın müflis elan edilməsini istəyəcəklər.

Mənzilin bir il müddətinə kirayəsi ilə bağlı anlaşmanı Lindsi Lohan imzalasa da, onun artıq sabiq nişanlısı Yeqor Tarabasov 3 ayın pulunu ödəmişdi. Rus milyarderin 23 yaşlı oğlu Lindsiyə vəd etmişdi ki, kirayə pulunun aylıq məbləğinin yarısını, yəni 3700 dolları o verəcək. Amma Tarabasov sonra söyləyib ki, Lohan payına düşən məbləği heç vaxt ödəməyib.

"Lohandan ayrılanda o, 29 min dollar dəyərində əşyalarımı götürdü. Həmin əşyalar arasında Rolex qol saatı və dizayner geyimləri də var. Lindisinin durumu pisdir, onun pulları qurtarıb. Lindsidən xahiş edirəm ki, xaç atamın mənə hədiyyə etdiyi kiçik qızıl xaçı qaytarsın. O, mərhum xaç atamdan yadigardır", - Y.Tarabasov deyib.

Yeqor Tarabasovun dostları deyirlər ki, rus milyarderin oğlu L.Lohanı məhkəməyə verərək onu oğurluqda suçlamaq niyyətindədir.

Milli.Az





Tags:  Məşhur aktrisa kirayə pulunu verməyib FOTO

RƏYLƏR


Top news