Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Hillari Klintona zərfdə toz göndərdilər

Hillari Klintona zərfdə toz göndərdilər

Tarix: 22 Oktyabr 2016 11:42

Nyu-York polisi ABŞ prezidenti vəzifəsinə Demokratlar partiyasından namizəd Hillari Klintonun seçki qərargahının şöbələrindən birinə göndərilən məktubun içərisində aşkarlanan ağ rəngli tozun tərkibini araşdırır.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 21-də Hillari Klintonun seçki qərargahının Bruklin şöbəsi göndərilən məktubda şübhəli maddənin aşkarlanması səbəbindən təxliyə olunub.

Polisin məlumatına əsasən, məktubu qərargahın iki əməkdaşı açıb. Tozun tərkibi və təhlükəli olub-olmadığı araşdırılır.

Milli.Az


Teqlər:  Hillari Klintona zərfdə toz göndərdilər



RƏYLƏR


Top xəbərlər