Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Amerikalı həmsədr: “İşğal olunmuş torpaqlar Azərbaycanın nəzarətinə qaytarılmalıdır”

Amerikalı həmsədr: “İşğal olunmuş torpaqlar Azərbaycanın nəzarətinə qaytarılmalıdır”

"İstənilən yolla Azərbaycan öz torpaqlarını geri qaytarmalıdır" - Fransalı senator (13 Mart 2017 12:57)
Fransa Senatının üzvü: “Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılmalıdır” (13 Mart 2017 12:37)
Amerikalı həmsədr Riçard Hoqland Azərbaycana gəlib (10 Mart 2017 16:38)

Tarix: 22 Oktyabr 2016 11:44

“Azərbaycanın işğal olunmuş torpaqları Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”.

 

APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. O bildirib ki, digər məsələ status məsələsidir: “Eyni zamanda, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması, ərazidə sülhməramlıların yerləşdirilməsi də danışıqların elementlərinə daxildir. Bunlar hamısı müzakirə predmeti olacaq. Gələcək statusun müəyyənləşdirilməsi məsələsi məhz prezident İlham Əliyev tərəfindən irəli sürülüb və biz bunu alqışlayırıq. Görüşlər zamanı prezidentlər bir araya gələrək müxtəlif elementləri öz aralarında müzakirə edə bilərlər və bu kimi görüşlər davam etdirilməlidir. Bütün qeyd olunan elementlər paket şəklində müzakirə olunmalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə razılaşdırılmış şəkildə həlli tapılsın. Həmsədrlər artıq qeyd edib ki, mövcud status-kvo davamlı deyil”.


Teqlər:  Amerikalı həmsədr İşğal olunmuş torpaqlar Azərbaycanın nəzarətinə qaytarılmalıdır



RƏYLƏR


Top xəbərlər