Azərbaycanda Venesuela Prezidenti Nikolas Maduronun rəsmi qarşılanma mərasimi olub

Azərbaycanda Venesuela Prezidenti Nikolas Maduronun rəsmi qarşılanma mərasimi olub
11:47 22 Oktyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasına rəsmi səfərə gələn Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun rəsmi qarşılanma mərasimi olub.
“Report” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Venesuela Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Venesuela Prezidentinə raport verib.
Venesuelanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Prezident İlham Əliyev və Prezident Nikolas Maduro fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Venesuela Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Nikolas Maduroya, Venesuela nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim edilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.
Azərbaycan Prezidenti İlham Əliyev və Venesuela Prezidenti Nikolas Maduro rəsmi foto çəkdiriblər.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/azerbaycanda-venesuela-prezidenti-nikolas-maduronun-resmi-qarsilanma-merasimi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR