"Qalatasaray"ın və Türkiyə millisinin üzvü öldürüldü

"Qalatasaray"ın və Türkiyə millisinin üzvü öldürüldü
11:57 22 Oktyabr 2016
45 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray"ın sabiq futbolçusu Burhan Yıldız öldürülüb. Fanat.Az xəbər verir ki, 31 yaşlı futbolçu Bəylikdüzü metro stansiyasının yaxınlığında baş verən atışma zamanı qətlə yetrilib.


Hadisə dünən Bakı vaxtı ilə saat 16.45 radələrində baş verib. Stanasiyanın yaxınlığındakı kafedə mübahisə edən iki nəfər sonra küçəy çıxıb və davanı davam etdiriblər. Bu zaman onlardan biri dayanacaqdakı Burhan Yıldızıbaşından güllələyib. Futbolçu xəstəxanaya qaldırılsa da, gecə saatlarında vəfat edib. 


Qeyd edək ki, son olaraq "Silivrispor"un formasını geyinən Burhan Yıldız 2012-ci ildə "Qalatasaray"a transfer olunub və 3 il "sarı-qırmızılılar"ın müxtəlif yaş qrupları üzrə komnadalarında çıxış edib. O, həmçinin "İstanbulspor", "Diyarbəkir BB" və "Amedspor" klublarında da oynayıb, Türkiyənin U-17 millisində forma geyinib.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquotn-v-turkiy-millisinin-uzvu-olduruldu-t53536.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR