Ceyms Uorlik: "Hələlik Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi haqqında razılıq əldə olunmayıb"

Ceyms Uorlik: "Hələlik Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi haqqında razılıq əldə olunmayıb"
11:57 22 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ "Hələlik Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi haqqında razılıq əldə olunmayıb. Azərbaycan Prezidenti artıq Serj Sarqsyanla görüşə hazır olduğunu bildirib. Biz bunu alqışlayırıq".  
"Report" xəbər verir ki, bu fikirləri jurnalistlərə Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.
Vasitəçi vurğulayıb ki, belə görüşü təşkil etmək asan deyil, bunun üçün müəyyən vaxt tələb olunur. 
"Ərazilərin qaytarılması müzakirə olunan əsas məsələlərdən biridir", - deyə həmsədr vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/helelik-azerbaycan-ve-ermenistan-prezidentlerinin-novbeti-gorusu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR