Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan təbliğatı törədəcəkləri təxribatlara zəmin yaratmağa çalışır

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan təbliğatı törədəcəkləri təxribatlara zəmin yaratmağa çalışır

Date: 22 October 2016 12:02

Bakı. 22 oktyabr. REPORT.AZ/ “Cəbhə xəttində vəziyyətin gərginləşməsi ilə bağlı Ermənistan təbliğatı tərəfindən ortaya atılan və bəzi yerli, eləcə də xarici kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar məqsədyönlü xarakter daşıyır.
Bir daha bildiririk ki, Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələr vasitəçilərin təşəbbüsü ilə əldə olunan bütün razılaşmalara dəqiq riayət edir və Azərbaycan tərəfi münaqişənin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq həllinin tərəfdarıdır”.
“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
“Qarşı tərəfin cəbhə xəttindəki son vəziyyətlə bağlı yaydığı dezinformasiyalar Ermənistandakı daxili hərbi-siyasi gərginlikdən qaynaqlanır və danışıqlar prosesinin pozulmasına, eləcə də törədəcəkləri təxribatlar üçün zəmin yaradılmasına hesablanıb.
Bəyan edirik ki, Silahlı Qüvvələrimizin bölmələri atəşkəs rejiminə ciddi əməl etməklə düşmən tərəfinin istənilən fəaliyyətini nəzarətdə saxlayır və təxribatların qarşısının alınması məqsədilə bütün tədbirləri görməyə tam hazırdır”, - məlumatda vurğulanıb.

Tags:  Azərbaycan Müdafiə Nazirliyi Ermənistan təbliğatı törədəcəkləri təxribatlara zəmin yaratmağa çalışır

RƏYLƏR


Top news