Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"İşğal edilmiş ərazilər Azərbaycana qaytarılmadan heç bir saziş olmayacaq"

"İşğal edilmiş ərazilər Azərbaycana qaytarılmadan heç bir saziş olmayacaq"

Putin göstəriş verdi: “Ərazilər mütləq Azərbaycana qaytarılacaq” (09 Mart 2017 10:03)
İşğal edilmiş ərazilər... - Müharibə daha 2 il DAVAM EDƏCƏK (07 Mart 2017 17:38)
“İşğal Putinin prezidentliyi dövründə bitməyəcək” - PROQNOZ (20 Fevral 2017 13:03)

Tarix: 22 Oktyabr 2016 12:12

"İşğal edilmiş ərazilər Azərbaycana qaytarılmadan və ya Dağlıq Qarabağın statusu üzrə danışıqlar keçirilmədən heç bir saziş olmayacaq".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Bakıda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, status-kvo davamlı deyil: "Biz münaqişənin sülh yolu ilə həllini tapmaq üçün bundan sonra da səmərəli işləməliyik.

C.Uorlik qeyd edib ki, hazırda danışıqlar masasında nizamlanmanın bir çox elementi var. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşü barədə hələ məlumat yoxdur.
Həmsədr ümid etdiyini bildirib ki, hər iki ölkənin XİN rəhbəri Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında görüşə biləcəklər: "Regionda sülh üçün artıq vaxt çatıb. Hər iki ölkənin uşaqları dinc yaşamalıdır və buna danışıqlar yolu ilə nail olmaq lazımdır".

Milli.Az


Teqlər:  İşğal edilmiş ərazilər Azərbaycana qaytarılmadan heç saziş olmayacaq



RƏYLƏR


Top xəbərlər