Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

DİN Qubada ölümlə nəticələnən hadisə ilə bağlı məlumat yayıb

DİN Qubada ölümlə nəticələnən hadisə ilə bağlı məlumat yayıb

Date: 22 October 2016 12:17

Bakı. 22 oktyabr. REPORT.AZ/ Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər xəsarət alıb, 1 nəfər ölüb.
 Daxili İşlər Nazirliyi (DİN) Quba rayonunda ölümlə nəticələnən hadisə ilə bağlı məlumat yayıb.
"Report"un xəbərinə görə, məlumatda bildirilib ki, Quba rayonunun Vladimirovka kəndində rayon sakini Habil Muradovun idarə etdiyi “VAZ-2106” və Qusar rayon sakini Bəxtiyar Sadirovun idarə etdiyi “AzSamand” markalı avtomobillər toqquşub.
Nəticədə B.Sadirovun sərnişinlərindən Rusiya Federasiyası vətəndaşı Lida Madirsultanova hadisə yerində ölüb, digər 2 sərnişini, habelə H.Muradovun 1 sərnişini, eləcə də hər 2 sürücü xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Tags:  DİN Qubada ölümlə nəticələnən hadisə bağlı məlumat yayıb

RƏYLƏR


Top news