Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mütəxəssislərdən XƏBƏRDARLIQ: İkinci əl mobil telefon alarkən bunu mütləq tələb edin

Mütəxəssislərdən XƏBƏRDARLIQ: İkinci əl mobil telefon alarkən bunu mütləq tələb edin

Date: 22 October 2016 12:22

FETÖ-nün şifrəli yazışma proqramı ByLock ikinci əl telefon satışlarını da zəiflədib.

Milli.Az milliyet-ə istinadən bildirir ki, mütəxəssislər və telefon satıcıları ikinci əl mobil telefon alarkən və satarkən rəsmi sənədlər əsasında bunu həyata keçirməyi məsləhət bilirlər.

MİT-in texniki qrupu FETÖ-çülərin şifrəli rabitə şəbəkəsi ByLock və Eagle proqramlarını qırdıqdan sonra ByLock istifadəçilərinin araşdırılması əməliyyatları davam edir. Bu əməliyyatlar Türkiyənin dörd bir yanında davam edərkən, ikinci əl telefon bazarı "ölməyə" başlayıb. Vətəndaşların ikinci əl mobil telefon almaqdan çəkindiyi bir zamanda mütəxəssislər və telefon satıcıları da bu tip telefonların alış-satışı zamanı alverin kimlər arasında getdiyini təsdiq edən sənədin vacibliyinə eyham vurublar.

Təhməz Təkin

Milli.Az


Tags:  Mütəxəssislərdən XƏBƏRDARLIQ İkinci əl mobil telefon alarkən bunu mütləq tələb edin

RƏYLƏR


Top news