Xızıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyada xəstəxanada ölüb

Xızıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyada xəstəxanada ölüb
12:22 22 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ Xızı rayonunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən "Report"un verdiyi məlumata görə, Xızı rayonunun Giləzi qəsəbəsində Siyəzən şəhər sakini Tərlan Məmmədov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən Xızı rayon sakini Etibar Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/xizida-yol-neqliyyat-hadisesi-zamani-xesaret-alan-piyada-xestexanada-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR