Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lökbatan qəsəbə sakinini qətlə yetirməkdə təqsirləndirilən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

Lökbatan qəsəbə sakinini qətlə yetirməkdə təqsirləndirilən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

Date: 22 October 2016 12:32

Bakı. 22 oktyabr. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Fuad Nurməmmədov və Vüsal Rəhimovun barələrində olan hökmdən verilən apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti üzrə məhkəmə prosesi başlayıb.
"Report"un xəbərinə görə, hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası oktyabrın 27-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2014-cü ilin sentyabrında baş verib. Bakı şəhər sakini Vüsal Rəhimov Lökbatan qəsəbə sakini Rahib Xəlfəyevi qətlə yetirib. Sentyabrın 23-də V.Rəhimov Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsinə (PB) müraciət edərək sentyabrın 17-də Qobu qəsəbəsində paytaxt sakini Fuad Nurməmmədova məxsus “AzSamand” markalı avtomobildə Lökbatan qəsəbə sakini Rahib Xəlfəyevi bıçaqla qətlə yetirib, hadisə yerini tərk etməsini bildirib. Mərhumun meyiti isə F.Nurməmmədov tərəfindən Pirşağı qəsəbəsi ərazisində basdırılıb. R.Xəlfəyevin meyiti ekspert-kriminalistlər tərəfindən eksqumasiya edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində V.Rəhimov və F.Nurməmmədov tutularaq istintaqa təhvil veriliblər.
Həmin şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.5-ci (qəsdən adam öldürmə, tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunublar.

Tags:  Lökbatan qəsəbə sakinini qətlə yetirməkdə təqsirləndirilən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

RƏYLƏR


Top news