Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Dünyanın 10 ən bahalı ərzağı — FOTOLAR

Dünyanın 10 ən bahalı ərzağı — FOTOLAR

Date: 22 October 2016 12:33

Varlı olanda bu nemətlərin dadına baxın. Görün verilən pula dəyər ya dəyməz?

1. Zəfəran

zef

Zəfəran qızıldan bahadır. Zəfəranın ləçəkləri əl ilə yığılır və havada qurudulur. Bir çiçəyin üç ləçəyi olur. Bir kq zəfəran üçün isə 20 min çiçək tələb edilir. Azərbaycanda Nardaranda Sovet dövründə böyük zəfəran plantasiyaları var idi.

2. “Kona Nigari” Havay suyu

kom

Dünyanın ən bahalı suyu Havay sahillərində okeanın 600 metr dərinliyindən çıxarılır. Bu su çirkli su sayılmır və çəki atmağa, dərini yaxşılaşdırmağa kömək edir. Əsasən, Yaponiyada məşhurdur. Qiyməti 400 dollara yaxındır.

3. Ağ İtaliya göbələkləri

gb

Ağ göbələk nadir olduğu üçün bahadır. Bu göbələklərə yalnız İtaliyanın bir hissəsində rast gəlmək mümkündür. 500 qram göbələyin qiyməti 1600 dollardır.

4. Vaqyu mal əti

ti

Yapon inəklərindən əldə edilən ət mərmərə oxşadığı üçün baha sayılır. Bundan başqa ətin mükəmməl dadı var. Yarım kilosu 180 dollara satılır.

5. Ətirli sirkə

Əsl ətirli sirkə tünd qəhvəyi rəngdə olur və tünd qoxusu var. 100 ml ətirli sirkənin qiyməti 200 dollardır.

6. Yubar kral yemişi

Yaponiyanın Yubar şəhərinin istixanalarında becərilir və iki yemişin hibridindən alınır. Ən bahalı kral yemişi 26 min dollara satılıb.

7. Hamon İberiko donuz budu

Bu ispan xörəyini hazırlamaq üçün qara iber donuzlarını xüsusi olaraq şirin palıd qozaları ilə bəsləyirlər. Qaydalara əsasən, bir hektar ərazidə ikidən çox donuz bəsləmək olmaz. Əks halda donuz gün ərzində 5 kq-dan az qoza yeyə bilər və 150 kq çəkini əldə edə bilməz. 500 qram donuz budunun qiyməti 300 dollara satılır.

8. Mayaotu zoğları

Qurmanların yeni əyləncəsi mayaotunun təzə zoğlarıdır. Qiyməti çox bahadır. Çünki bu bitkini toplamaq böyük zəhmət tələb edir. Avropanın bəzi dövlətlərində 500 qram mayaotu zoğu 120 dollardan baha satılır.

9. Sığın pendiri

Dünyada bir çox pendir növü baha satılır. Amma “Moose House” fermasının istehsal etdiyi pendir dünyanın ən bahalı pendiri sayılır. İsveçdə yerləşən fermada cəmi üç sığın saxlanılır (Qullan, Helqa və Cuna). Bu sığınlar may ayından sentyabra qədər sağılır. Hər mövsümdə sağılan hər sığının südündən 300 kq pendir alınır. Bu pendirin yarım kilosu 500 dollara satılır.

10. “Almaz” kürüsü

Balıq kürüsü həmişə varlılıq rəmzi sayılıb. Son illər dünya bazarında balıq kürüsünün qiyməti kifayət qədər qalxıb. “Almaz” kürüsü isə Xəzər dənizində yaşayan 100 illik albinos ağbalıq cinsindən alınır. Bu kürü qızıl suyuna çəkilmiş qablarda satılır. 100 qram kürünün qiyməti 2500 dollardır. (olke.az)


Tags:  Dünyanın 10 bahalı ərzağı FOTOLAR

RƏYLƏR


Top news