Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Sabah paytaxtda bəzi yerlərdə yağış yağacaq

Sabah paytaxtda bəzi yerlərdə yağış yağacaq

Sabaha olan hava proqnozu (26 Mart 2017 13:24)
Sabahın HAVAsı (26 Mart 2017 12:52)
Azərbaycanda 21 dərəcə isti olacaq - PROQNOZ (26 Mart 2017 12:49)

Tarix: 22 Oktyabr 2016 12:37

Bakı. 22 oktyabr. REPORT.AZ/ İstirahət günü Bakıda və Abşeron yarımadasında səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 11-14 dərəcə isti, Bakıda gecə 8-10, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.
Azərbaycan rayonlarında əsasən gecə və axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.

Teqlər:  Sabah paytaxtda bəzi yerlərdə yağış yağacaq



RƏYLƏR


Top xəbərlər