İrəvanda aylardır əcnəbi futbolçulara maaş verilmir

İrəvanda aylardır əcnəbi futbolçulara maaş verilmir
12:52 22 Oktyabr 2016
40 Dünya
Ölkə mətbuatı
A- A+

İrəvanın "Ararat" klubunun kamerunlu futbolçuları Kayna Umaru və amerikalı Kirian Nvabuze Ermənistanda haqsızlıqla üzləşiblər.

Milli.Az azvision.az-a istinadən bildirir ki, legionerlərə dörd aydır maaş verilmir. 

Kayna Umaru və Kirian Nvabuze 6000 min ABŞ dolları məbləğində olan maaşlarını ala bilmədiklərindən, onlara qarşı sayğısızlıq edildiyindən şikayətləniblər.

Bundan əvvəl İrəvan təmsilçisinin baş məşqçisi Arkadi Andreasyan onlara komanda ilə məşq etməyə qadağa qoyub. 

Futbolçular məsələ ilə bağlı Ermənistan Futbol Federasiyasının vitse-prezidenti Armen Minasyana müraciət ediblər. Onlar maaşlarını almaq və vətənlərinə qayıtmaq istəyirlər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR