Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İstirahət gününün HAVAsı

İstirahət gününün HAVAsı

Date: 22 October 2016 12:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mili.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 23-də səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 11-14, Bakıda gecə 8-10, gündüz 11-13 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Oktyabrın 23-də əsasən gecə və axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti olacaq.

Milli.Az


Tags:  İstirahət gününün HAVAsı

RƏYLƏR


Top news