Osmanlının qayıdışı dövrü başlanır – İLK HƏMLƏ

Osmanlının qayıdışı dövrü başlanır – İLK HƏMLƏ
13:08 22 Oktyabr 2016
85 Dünya
Ölkə mətbuatı
A- A+

“Mosul üçün döyüş Ərdoğanın “neoosmanlı” siyasəti üçün ilk testdir”.

Publika.az xəbər verir ki, bu barədə Fransanın “Le Mond” qəzeti yazıb.

Qəzet yazır ki, Türkiyə Osmanlı nüfuzunu qaytarmaq üçün ilk addımları atmaqdadır.

“Ərdoğan Mosul döyüşündə iştirak etmək üçün israr edir. Həmçinin, o, 1923-cü il Lozanna anlaşmasını tənqid edir və Türkiyənin hazırki status-kvoda qala bilməyəcəyini deyir. “Ya biz qalib gələcəyik, ya da indiki vəziyyətə məhkum olacağıq”, - türk lider bildirir. Maraqlıdır ki, hökumətə yaxın “Sabah” qəzetinin köşə yazarı İlnur Çevik “İraqın şimalı və Suriya bizim arxa bağçamızdır” deyir. Bütün bunlar Osmanlı imperiyasının torpaqları üzərində nəzarət hüququnu qaytarmaq gedişidir. Hansı ki, buna əvvəlcə keçmiş baş nazir Əhməd Davudoğlu cəhd edirdi. O, postundan getsə də, ideyaları qalır”, - deyə “Le Monde” yazır.

Qəzet Türkiyənin Osmanlı torpaqlarına nəzarəti qaytarmaq üçün artıq hərəkətə keçdiyini qeyd edir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173120.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR