"Sən Hippokrata and içmisən, yoxsa Çovdarovun dədəsinin goruna?"

"Sən Hippokrata and içmisən, yoxsa Çovdarovun dədəsinin goruna?"
13:12 22 Oktyabr 2016
96 Ölkə
Ölkə mətbuatı
A- A+

"General bandası"nın hədəfə götürdüyü iş adamlarına qarşı soyğunçuluq etməsi, onları şantajla hədələməsi, müflisləşdirməsi, təzyiqlərə, işgəncələrə məruz qoyması barədə dəfələrlə yazmışıq. MTN "çete"sində baş verənlər - təhdidlər, işgəncələr, pul tələb etmə kimi faktlar detektiv filmlərdəki səhnələri xatırladır. Haqqında söhbət açacağımız məqalə daha bir sahibkarın MTN-də necə soyulması, təhdid olunması və üzləşdiyi qanunsuzluqlar barədədir.

Rusiyadakı azərbaycanlı iş adamı

1998-ci illərdən etibarən Rusiyanın Vladivostok şəhərinə yollanan Qədim Ədilov xırda ticarətlə, ərzaq məhsullarının alqı-satqısı ilə məşğul olub, qazandığı pullarla ailəsini dolandırıb. Sonradan yaşadığı Saatlı rayonunun Kamallı kəndinə gələrək bir müddət burada yaşayıb. Amma çox keçməyib ki, yenidən qazanc dalınca Rusiyaya yollanıb. Bu dəfə Vladivostoka deyil, Sverdlovsk vilayətinin Serov şəhərinə üz tutub. Serov şəhərində taxta biznesi ilə məşğul olan Qədim Ədilovun getdikcə maddi vəziyyəti yaxşılaşıb. Belə ki, müqavilə əsasında Rusiyanın müəssisələrindən aldığı taxta-şalban məhsullarını qatarla Azərbaycana göndərməklə topdansatışını təşkil edib. Çox keçməyib ki, elə həmin şəhərdə taxta emalı sexi alaraq mişarlanmış taxta məhsullarını Azərbaycana ixrac edib.

Həmyerlimizin Rusiyada işləri qaydasında getsə də, atası ondan Azərbaycana qayıtmasını istəyib. Məhz atasının təkidi ilə vətənə qayıdaraq taxta biznesini burada davam etdirib. Bəs davam etdirə bilibmi? Əsl həngamə də məhz bundan sonra qopub.

İcarəyə götürülən hektarla meşələr, taxta biznesi

Milli.Az virtualaz-a istinadən bildirir ki, Azərbaycana gələn iş adamı Rusiyadakı şəriki Mirhəbib Ağalarovla taxta biznesini burada davam etdirib. Aralarındakı razılığa əsasən, M.Ağalarov vaqonla taxtanı Azərbaycana göndərəcək, Q.Ədilov isə burada satışı təşkil edəcəkmiş. Hətta bunun üçün Karpinski şəhərində 23236 hektar ərazidən ibarət meşə sahəsini də icarəyə götürüblər. Beləliklə, 2013-cü ildən etibarən Mirhəbibin Rusiyadan göndərdiyi taxta-şalbanın Keşlədə satışını təşkil edib, şərikinə çatacaq pulu bank vasitəsilə ona göndərib. Bir sözlə, rahat və halal şəkildə fərdi sahibkarlıqla məşğul olublar. Ta o zamana qədər ki...

"Pullar qəpiyinə kimi Çovdarova çatmalıdır"

Çox keçmir ki, Q.Ədilovun taxta biznesinə girişməsi Keşlə topdansatış bazarındakı "İP Namazov" firmasının müdiri Sadiq Cəfərovun diqqətini çəkir. S.Cəfərov ona birlikdə işləməyi təklif edir. Onun bu təklifi ilə razılaşan Q.Ədilov hər ay ona 5-6 vaqon topdansatış taxta verə biləcəyini deyir. Onların ortaqlığı 2014-cü ilin dekabr ayına qədər davam edir. Ortaq biznes zamanı Q.Ədilovun Cəfərova 92 min dollar borcu yaranır. Rusiyada rubl dəyərdən düşür, maliyyə böhranı zamanı rublun dollara nəzərən zəifləməsi onun biznesinə mənfi təsir göstərir, pulunun 40 faizini itirir. Bu məsələni müzakirə edib çıxış yolu tapmaq üçün S.Cəfərov onu yeznəsi Natiq Hümbətovun (Akif Çovdarovun qohumu - virtualaz.org) yanına aparır. Söhbət əsnasında Q.Ədilova bildirilir ki, taxta biznesinə qoyulan pullar MTN generalı Akif Çovdarovundur. Həmin pullar qəpiyinə kimi qazancı ilə birlikdə Çovdarova çatmalıdır, zərərdən, ziyandan söhbət belə gedə bilməz. İş o yerə çatır ki, hətta Q.Ədilovun atası N.Hümbətovun yanına xahişə gəlir, lakin xeyri olmur. Q.Ədilov dəfələrlə N.Hümbətova pulunun olmadığını, bu işdən əsas ziyan çəkən şəxs özü olduğunu deyir.

"Bu məsələ Çovdarovun yanında həll edilməlidir"

Söhbətdən bir neçə gün sonra N.Hümbətov öz maşını ilə Q.Ədilovun kirayə yaşadığı evin qarşısına gələrək onunla görüşür və özü ilə MTN-ə aparır. "Bu məsələ ancaq Çovdarovun yanında həll edilməlidir və buna son qoyulmalıdır", - deyir. Onu da əlavə edir ki, Çovdarovla görüşərkən 400 min dollar borcu olduğunu boynuna almalıdır. Qədim MTN-ə getməyə razılaşsa da, 400 min söhbətini yaxına buraxmır. Olmayan məbləği boynuna almaq istəmədiyini bildirir.

MTN-in binasına çatıb ikinci mərtəbəyə qalxırlar. Q.Ədilovun ifadəsinə görə, onları adını sonradan öyrəndiyi Alı adlı 45-50 yaşlarında MTN əməkdaşı qarşılayır. Elə həmin andaca Qədimi təhqir etməyə başlayır. Nə baş verdiyini əvvəlcə anlamasa da, sonradan Alının məsələdən xəbərdar olduğunu bilir. Çox keçməmiş onların yanına Səlim Məmmədov (hazırda A.Çovdarovla birlikdə mühakimə olunur - virtualaz.org) gəlir və onları sol tərəfdəki otağa aparır. Otaqda S.Məmmədov Qədimə hədə-qorxu gələrək 92 min dolları çatdırmaq üçün iki gün vaxt verir. Hətta əsəbləşərək işçilərdən birindən dəyənək gətirməyi tələb edir.

"Zirzəmiyə salacağıq, üstünə cinayət işi qoyub atacağıq içəri"

Otaqda həm Alı, həm də S.Məmmədov Qədimi hədələyərək təhqir edirlər. Altı saat içəridə saxlayaraq "Səni nazirliyin zirzəmisinə salacağıq, ya da ki, hansısa cinayət işini boynuna qoyub tutacağıq" deməklə hədə-qorxu gəlirlər. MTN əməkdaşlarının yanında N.Hümbətov ona taxta işindən 400 min dolları Çovdarova verməli olacağını bildirir. Əlacı hər yerdən üzülən Q.Ədilov Səlim Məmmədovdan yanvarın 15-nə kimi vaxt istəyir.

Vaxt tamam olan gün N.Hümbətov ona zəng vurur. Q.Ədilov guya N.Hümbətova 360 min dollar borcunun olmasını təsdiq edən müqavilə bağlayır: "Əslində belə bir hal olmayıb. Bu müqaviləni Səlim Məmmədovun təsiri və hədəsi ilə notarial qaydada təsdiq etdirib vermişəm. Deyirdi ki, borc müqaviləsini general Akif Çovdarova göstərmək üçün alır, əslində ona 92 min dolları lazımdır".

İş adamının evini əlindən necə alıblar?

2015-ci ilin fevral ayında Q.Ədilova Alı adlı MTN əməkdaşı zəng vuraraq nazirliyə gəlməsini tələb edir. Amma Qədim qorxusundan adı çəkilən nazirliyə getmir. Bu dəfə N.Hümbətov ona vəziyyəti ciddiləşdirdiyini, hökmən MTN-ə getməli olduğunu xatırladır. Çarəsiz qalan Q.Ədilov MTN-ə yollanır. Onu yenə də Alı, Səlim Məmmədov və Natiq Hümbətov qarşılayır. Bu dəfə ondan idarə etdiyi avtomobili N.Hümbətovun adına keçirməsini tələb edirlər. O isə bundan imtina edir və atasının adına olan Masazır qəsəbəsindəki 3 otaqlı mənzili onlara verə biləcəyini deyir, razılaşırlar. Q.Ədilov müqavilə əsasında mənzili N.Hümbətovun adına keçirir ki, ondan əl çəksinlər. Lakin iş bununla da bitmir.

"Ayılanda gördüm ki, üzümə su vururlar"

23 iyun 2015-ci ildə qohumu Rəvan Qəmbərovla birlikdə yaşadığı evdən çıxıb maşına əyləşmək istəyərkən iki nəfər Q.Ədilova yaxınlaşaraq MTN əməkdaşları olduqlarını deyərək, Akif Çovdarovun adından onu nazirliyə dəvət edib. Rəvan nəzarət buraxılış məntəqəsində qalıb, Q.Ədilovu turniketdən keçirib içəri aparıblar. Üçüncü mərtəbəyə qaldıraraq birbaş Akif Çovdarovun otağına gətiriblər. Otaqda Çovdarovla yanaşı, N.Hümbətovla S.Məmmədov olub. İçəri girən kimi Çovdarov heç bir söz demədən sorğu-sualsız Q.Ədilovu sillə və yumruqla vurmağa başlayıb, nalayiq küçə söyüşləri ilə söyərək təhqir edib. İş adamı qorxusundan cavab verməyib. Onun təhqirlərindən cana gələn iş adamı generala vəzifəsindən sui-istifadə etdiyini bildirib. Bu sözdən əsəbləşən qanqster işçilərinə qandal və dəyənək gətirmələrini əmr edib. Çovdarov iş adamının qollarını kəndirlə kresloya bağlatdırıb və rezin dəyənəklə baş nahiyəsindən çoxsaylı zərbələr endirib: "Zərbənin təsirindən gözlərim qaralmışdı. Ani olaraq huşumu itirdim. Gözümü açanda gördüm ki, Səlim üzümə su vurur".

"Bu silahlar hansı cinayətdə istifadə olunub?"

Çovdarov ona ayın axırına kimi 300 min dolları S.Məmmədova çatdırmağı, "Range Rover" markalı maşını isə N.Hümbətovun adına keçirməyi tələb edir. İş adamı "mənim onlara borcum yoxdur" dedikdə isə, Çovdarov stolun üstündəki iki ədəd tapançaya işarə edərək "Səlim, stolun üstündəki bu silahlar hansı cinayətin törədilməsində istifadə edilib?!" deyə bağırır. Qədimi zirzəmiyə salmağı işçilərinə əmr edir. Təzyiqlərdən, işgəncələrdən bezən Qədimin bu dəfə də razılaşmaqdan başqa çarəsi qalmır. Bundan sonra onu sərbəst buraxırlar.

"Sən Hippokrata and içmisən, yoxsa Çovdarovun dədəsinin goruna?"

Evə gələn Q.Ədilov başına gələnləri ailə üzvlərinə danışır. Elə həmin gün atasıgil onu rayona aparırlar. Gözlərinin altı qaralan Qədimin kəskin baş ağrıları, ürək bulanmaları başlayır. Onu Sabirabad rayon xəstəxanasına çatdırırlar. Xəstəxana Qədimi kəllə-beyin travması diaqnozu ilə qəbul edir. Tibbi ekspert onu yoxlayır, sorğu-sual zamanı Qədim Çovdarov tərəfindən döyüldüyünü deyir. Başıbəlalı iş adamının başını tomoqrafiya etdirmək üçün Bakıya göndərirlər. Xəstəxanada MRT olunduqdan sonra şöbə müdiri içəri girərək ona "camaata 1 milyon borcun var, aparıb qaytarmalısan" deməsi Qədimi çaşdırır. Həkimi ilk dəfə görən Qədim ona "sən Hippokrata and içmisən, yoxsa Akif Çovdarovun dəsədinin goruna?" deyə cavab verir.

"Həbs olunacağımdan qorxub 300 min dollar borc tapıb verdim"

Bundan sonra rayona qayıdan Q.Ədilov 5 gün xəstəxanada müalicə olunur. Amma baş həkim Qədimə deyir ki, MTN onu evində rahat yatmağa qoymur, təcili xəstəxanadan çıxmalıdır.

Q.Ədilovun ifadəsinə görə, o gündən etibarən müvafiq təşkilatlara şikayətlər göndərməyə başlayır. Xəstəxanaya müraciət etdiyini biləndə isə N.Hümbətov, Sadiq və digərləri guya onlara 600 min dollar borcu olduğu barədə Nərimanov RPİ-nə saxta şikayət ərizəsi ilə müraciət edirlər: "Polis idarəsinə gedib ətraflı məlumat verdim. Başa düşürdüm ki, Çovdarov məni şərləyib tutduracaq. Müxtəlif şəxslərdən borc pul toplayıb 7 sentyabr 2015-ci ildə 300 min dollar Nərimanov parkının arxasındakı "Samovar" çayxanasının yanında Səlim Məmmədova verdim".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Məşhur maneken narkotik çəkib 500 min avroluq maşınla qəza törətdi

30 May 2017 11:54

Sabiq diktator 83 yaşında vəfat etdi

30 May 2017 11:53

Sınaq imtahanında test tapşırıqlarının doğru cavabları AÇIQLANDI

30 May 2017 11:52

Elman Rüstəmov: "İlin sonuna qədər manatın ucuzlaşması risklərini görmürük"

30 May 2017 11:52

Müdafiə Nazirliyi ehtiyat zabit və gizir hazırlığı kurslarına namizədlərin qəbulunu elan edib

30 May 2017 11:52

Günün matçlarını yayımlayacaq kanallar

30 May 2017 11:52

"ASAN Xidmət"in qarşısında uzun növbələr yarandı...

30 May 2017 11:52

"Maşın şou"dan çıxan Elton insanları DAVAYA çağırdı: "Gəlməyən kişi deyil"

30 May 2017 11:49

Elman Rüstəmov: "Cari əməliyyatlar balansında 380 mln. dollarlıq profisit yaranıb"

30 May 2017 11:47

Prezident İlham Əliyev "Statoil"in icraçı vitse-prezidentini qəbul edib

30 May 2017 11:44

"Qəbələ" 8 futbolçu ilə yollarını ayırdı

30 May 2017 11:43

ƏƏSMN 80 əlilliyi olan şəxsi Nabran istirahət zonasına göndərib (FOTO)

30 May 2017 11:43

Zina edən kişini diri-diri basdırdılar - ŞOK HADİSƏ

30 May 2017 11:43

Prezident İlham Əliyev Statoil şirkətinin icraçı vitse-prezidentini qəbul edib

30 May 2017 11:42

"Roma" komandasının baş məşqçisi istefa verib

30 May 2017 11:42

Totti qərar verdi: "Karyeramı bitirmirəm"

30 May 2017 11:37

Azərbaycanda qeyri-rəsmi əmək fəaliyyəti araşdırılacaq

30 May 2017 11:36

ABB-nin xarici öhdəliklərinin yenidən strukturlaşdırılması bazar dəyərini yüksəldəcək

30 May 2017 11:36

“Siri” itmiş “iPhone” smartfonunu tapmağa kömək edəcək

30 May 2017 11:35

Dartıla bilən ekranın işi nümayiş etdirilib

30 May 2017 11:35

"Qəbələnd" Əyləncə Mərkəzində “Açıq Qapı” günü

30 May 2017 11:34

Bakıda polis avtomobili qəzaya düşdü

30 May 2017 11:34

Komitə sədri: “Ailə institutunun möhkəmləndirilməsi üçün vahid siyasət həyata keçirilir”

30 May 2017 11:33

Yaraların daha tez sağalma üsulu tapıldı

30 May 2017 11:33

Maşın iftar süfrələrinin arasında qaldı - FOTO

30 May 2017 11:32

Azərbaycanda ayda 150 manat ödəməklə kimlər ev ala bilər?

30 May 2017 11:29

Tatlısəsin qızı küçənin ortasında sevgilisi ilə öpüşdü - VİDEO - FOTO

30 May 2017 11:27

"Ərinin icazəsi ilə məni gecə evə çağırdı, uşağa qaldı" - VİDEO

30 May 2017 11:27

Şimali İrlandiya yığmasının baş məşqçisi: "Azərbaycan millisinə qalib gəlməsək, hazırkı mövqeyimizi qoruya bilməyəcəyik"

30 May 2017 11:27

Formula 1-ə bilet alanlara xüsusi endirimlər ediləcək

30 May 2017 11:22

Ağdaş Rayon İcra Hakimiyyətindən oğurluq olub

30 May 2017 11:22

Moskva Dövlət Universitetinin Bakı filialı bakalavriat səviyyəsinə qəbul elan edir

30 May 2017 11:22

Azərbaycanda gömrük əməkdaşlarının 20%-i məsuliyyətə cəlb edilib

30 May 2017 11:22

Kim Çen ln ABŞ-a daha çox "hədiyyə" göndərmək istəyir

30 May 2017 11:22

Filarmoniyanın iyun ayı üçün tədbirlər planı - CƏDVƏL

30 May 2017 11:22

Bakıda AĞIR QƏZA: polis maşını "Porşe" ilə toqquşdu, polis öldü - GÖRÜNTÜLƏR

30 May 2017 11:19

Elariz şeiri ilə ELZANI GERİDƏ QOYDU: “Həsrət qalmışıq, bəlkə basasan...” - BİABIRÇILIQ

30 May 2017 11:18

Milan Ticarət Palatasının ekspertləri BBF-də Azərbaycan turizminin inkişaf istiqamətlərini müzakirə ediblər

30 May 2017 11:17

"Problemli kreditlərlə bağlı banklarla müzakirələr başlayib"

30 May 2017 11:17

Əməliyyat: Şəhərə giriş-çıxışlar bağlandı

30 May 2017 11:17

Arda Turandan GÖZLƏNİLMƏZ QƏRAR

30 May 2017 11:13

Elariz Elzaya şeir həsr etdi: "Bu nə poza?" - FOTO

30 May 2017 11:12

Qlobal iqtisadiyyatının yavaşlaması Rusiya üçün ən böyük təhlükə olacaq

30 May 2017 11:12

Bakıda 17 yaşlı qız yoxa çıxdı

30 May 2017 11:12

Aylıq 130 manata ev almaq istəyənlər bu xəbəri mütləq oxusunlar - VİDEO

30 May 2017 11:12

Körpə doğuşdan dərhal sonra yeriməyə başladı

30 May 2017 11:10

Zamirin gözləri əbədiyyən kor qala bilər - YARDIM EDƏK!

30 May 2017 11:09

Qaz yüklü tanker partladı: 2 nəfər öldü - VİDEO

30 May 2017 11:08

Zindandan zənginliyə

30 May 2017 11:07

Sərxoş tutulan milyarder idmançı: "İçməmişdim" - FOTO

30 May 2017 11:05