Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Nikoil Bank" əmanət qəbulu şərtlərini dəyişdirib

"Nikoil Bank" əmanət qəbulu şərtlərini dəyişdirib

Date: 22 October 2016 13:12

Bakı. 22 oktyabr. REPORT.AZ/ "Nikoil Bank" ASC Azərbaycan manatı ilə qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini artırıb. Bu barədə "Report"a Bankdan bildirilib.
Məlumata görə, hazırda "Nikoil Bank" 1 il müddətinə milli valyutada yerləşdirilən əmanətlərə görə faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 15-15,5% dividend ödəyir. İndiyə qədər bu göstərici 14,5-15% olub.
Bundan başqa, Bank ABŞ dollarında qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini azaldıb. Belə ki, hazırda 1 il müddətinə Amerika valyutasında yerləşdirilən əmanətlərə görə faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 2,5-3% dividend ödənilir. İndiyə qədər bu göstərici 5,5-6% olub.
Bununla yanaşı, kredit təşkilatı avro ilə əmanət qəbulunu dayandırıb.
Xatırladaq ki, "Nikoil Bank" 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94,5 mln. manatdır. Bu məbləğ hər birinn nominal dəyəri 2 manat olan 47,25 mln. səhm əsasında formalaşıb. Səhmlərin 84,08%-i "Topaz İnvestment" QSC-yə, 15,55%-i "Nikoil" QSC-yə, 0,37%-i isə "ISR Holding" MMC-yə məxsusdur. 

Tags:  Nikoil Bank əmanət qəbulu şərtlərini dəyişdirib


RƏYLƏR


Top news