Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən qolf turniri meydana 2 metr uzunluğunda pitonun girməsi səbəbindən dayandırılıb.
Milli.Az report-a istinadən bildirir ki, "PGA Tour" adlı yarışın təşkilatçıları ilan ovu xidmətinə müraciət ediblər. Mütəxəssislər pitonu tutaraq xüsusi kisəyə yerləşdiriblər. Bundan sonra turnir davam etdirilib.
Qeyd edək ki, 1991-ci ildən istifadədə olan qolf sahəsində vəhşi heyvanlara tez-tez rast gəlinir.
Milli.Az