Elçin Əhmədov: "Lizinq şirkətlərinin yarıdan çoxu real fəaliyyət göstərmir"

Elçin Əhmədov: "Lizinq şirkətlərinin yarıdan çoxu real fəaliyyət göstərmir"
13:37 22 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycanda 30-dan çox lizinq şirkəti rəsmən qeydiyyatdan keçib. "Report" xəbər verir ki, bunu Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası (ALŞA) İdarə Heyətinin (İH) sədri Elçin Əhmədov bildirib.
Onun sözlərinə görə, 2015-ci ilin yekununda lizinq şirkətlərinin borc portfelinin ümumi məbləği 340 mln. manat təşkil edib. Bu isə 2003-cü illə müqayisədə 90 dəfə artım deməkdir.
Bununla belə, ALŞA rəhbəri qeyd edib ki, lizinq şirkətlərinin yarısından azı real fəaliyyət göstərir: "Azərbaycanın ümumi daxili məhsulunda lizinq sektorunun payı 0,55%, əsas kapitala investisiyalarda təxminən 1,9%-dir və bu da müasir ölçülərə görə çox cüzidir. Halbuki, ALŞA ölkənin lizinq bazarının potensialını 2 mlrd. manat məbləğində qiymətləndirir".

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/elcin-ehmedov-lizinq-sirketlerinin-yaridan-coxu-real-fealiyyet-gostermir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR