Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qaxda 22 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb

Qaxda 22 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb

Date: 22 October 2016 13:42

Qax. 22 oktyabr. REPORT.AZ/ Qax rayonunda 22 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb.
"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qax şəhərinin M.Ə.Sabir küçəsində qeydə alınıb. 
Şəhər sakini, 22 yaşlı Musa Oktay oğlu Əhmədov həmin küçədə yaşayan vətəndaşın su çənini təmizləyərkən 10 kv-luq elektrik xəttinə toxunub və təxminən 8 metr hündürlükdən yerə yıxılıb.
Dərhal hadisə yerinə "Təcili tibbi yardım" briqadası cəlb olunub. Həkimlər gəldiyində Musa Əhmədov artıq keçinib.
Qax Elektrik Şəbəkədən "Report"un Şimal-Qərb bürosuna verilən məlumata görə, ölən şəxsin su çənini təmizlədiyi abonent qanunsuz olaraq 10 kv-luq elektrik xəttinin qoruq zonasının altında su çəni quraşdırıb. Musa Əhmədov da çənin üzərinə çıxdıqda başı gərginlik olan elektrik xəttinə toxunub.
Faktla bağlı araşdırma aparılır.

Tags:  Qaxda 22 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb

RƏYLƏR


Top news