Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyənin tanıdığı Umutun azərbaycanlı anası peyda oldu

Türkiyənin tanıdığı Umutun azərbaycanlı anası peyda oldu

Date: 22 October 2016 13:47

Türkiyənin Antalya şəhərində 2008-ci ildə keçirdiyi qəzadan sonra iflic olan və kimliyi hələ də müəyyənləşməyən Umut adlı gəncin anası olduğunu iddia edən qadın peyda olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, azərbaycanlı İrina Gülsüm Kabadayı adlı qadının qoruyucu ana kimi himayəsinə götürdüyü gəncin həqiqi anası olduğunu iddia edib. İrina Mehmetoğlu Kabadayı ailəsini ziyarət edib. O, oğlunun 7 yaşında Rusiyada qaçırıldığını, həqiqi adının isə Kənan olduğunu deyib.

Həqiqətin ortaya çıxması üçün İrina DNT testi etdirəcəyini bildirib:

"Üç uşağım var. Umutun əsl adı Kənan Mehmetoğludur. Qaçırıldığı düşərgədə "sənin oğlun öldü" deyə məni aldatdılar. Oğlumu o gündən sonra görmədim. Televiziya proqramında gördüm və oğlum olduğunu anladım. Onun fotosunu da götürərək Türkiyəyə və Gülsüm ananın yanına gəldim".

Milli.Az


Tags:  Türkiyənin tanıdığı Umutun azərbaycanlı anası peyda oldu

RƏYLƏR


Top news