Naxçıvanda qeydiyyatda olan sadələşdirilmiş vergi ödəyiciləri birinciliyi əldən verib

Naxçıvanda qeydiyyatda olan sadələşdirilmiş vergi ödəyiciləri birinciliyi əldən verib
14:02 22 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ Şirvan şəhərində yerləşən 5 saylı Ərazi Vergi İdarəsində (ƏVİ) qeydiyyatda olan vergi ödəyicilərinin 98,9%-i, Azərbaycanın Naxçıvan Muxtar Respublikasında sadələşdirilmiş vergi ödəyicilərinin 97,8%-i vergi hesabatını artıq təhvil verib. "Report" xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin vergi orqanları üzrə sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi vəziyyəti ilə bağlı açıqladığı hesabatda deyilir.
Hesabata görə, ilk dəfə olaraq Naxçıvanda qeydiyyatda olan sadələşdirilmiş vergi ödəyiciləri faiz göstəricisinə görə birinciliyi əldən veriblər.
Məlumata görə, Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentində (VD) qeydiyyatda olan sadələşdirilmiş vergi ödəyicilərinin 84,1%-i, Sumqayıtda yerləşən 2 saylı Ərazi Vergi Departamentində (ƏVD) qeydiyyatda olan sadələşdirilmiş vergi ödəyicilərinin 71,4%-i, Qubada yerləşən 3 saylı ƏVİ-də qeydiyyatdan keçən vergi ödəyicilərinin 91%-i, Şamaxıda yerləşən 4 saylı ƏVİ-də qeydiyyatdan keçən vergi ödəyicilərinin 87,1%-i, Lənkəranda yerləşən 6 saylı ƏVİ-də qeydiyyatda olan vergi ödəyicilərinin 89,8%-i, Beyləqanda yerləşən 8 saylı ƏVİ-də qeydiyyatda olan vergi ödəyicilərinin 93,6%-i, Göyçayda yerləşən 9 saylı ƏVİ-də qeydiyyatda olan vergi ödəyicilərinin 93,6%-i vergi bəyannamələrini müvafiq vergi orqanına təqdim edib.
Həmçinin, Qəbələdə yerləşən 10 saylı ƏVİ-də qeydiyyatda olan vergi ödəyicilərinin 77%-i, Yevlaxda yerləşən 11 saylı ƏVD-də qeydiyyatda olan vergi ödəyicilərinin 76,8%-i, Gəncədə yerləşən 12 saylı ƏVD-də qeydiyyatda olan vergi ödəyicilərinin 72,3%-i, Zaqatalada yerləşən 13 saylı ƏVİ-də qeydiyyatda olan vergi ödəyicilərinin 86,8%-i, Şəmkirdə yerləşən 14 saylı ƏVİ-də qeydiyyatda olan vergi ödəyicilərinin 90,3%-i artıq sadələşdirilmiş vergi bəyannamələrini təqdim edib.
Bu rübdə ölkə üzrə ən az sadələşdirilmiş vergi bəyannaməsi Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə təqdim edilib ki, bu da 68,7% civarındadır.
Xatırladaq ki, sadələşdirilmiş vergi bəyannamələrinin qəbulu ildə 4 dəfə - hər rübün hesabatı növbəti rübün ilk ayının 20-dək vergi orqanlarına təqdim olunmalıdır.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/naxcivanda-qeydiyyatda-olan-sadelesdirilmis-vergi-odeyicileri-birinciliyi-elden-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR