Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi" və "ASAN könüllüləri" Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

"Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi" və "ASAN könüllüləri" Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

Date: 22 October 2016 14:12

"Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi" və "ASAN könüllüləri" Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb.

Milli.Az bildirir ki, Azərbaycan gəncləri arasında sağlam həyat tərzinin təşviqi və zərərli vərdişlərin aradan qaldırılması, gənclər də daxil olmaqla əhalinin müxtəlif təbəqələri arasında sanitar-maarif işinin təşkili, əhalinin sağlamlığının qorunması, xüsusilə də, tütünçəkmə, spirtli içkilərdən istifadə və narkomaniya ilə mübarizə, habelə məişət zorakılığının profilaktikası məqsədilə birgə tədbirlərin və kampaniyaları təşkili, gənclər arasında fiziki aktivliyin və idmanın geniş təbliği, dövlət proqramları və milli fəaliyyət planlarında yer almış qarşılıqlı maraq kəsb edən və ictimai sağlamlıqla bağlı fəaliyyətlərdə gənclərin iştirakının təmin edilməsi kimi məsələlər əməkdaşlıq memorandumunun əsas predmentlərindəndir.

Memorandum "Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi"nin direktoru Ceyhun Məmmədov "ASAN Könüllüləri" gənclər təşkilatı ictimai birliyinin sədri Bəxtiytar İslamov tərəfindən imzalanıb.

Memoranduma əsasən, hər iki tərəf nümayəndələrinin iştirakı ilə birgə layihələrin, sosioloji tədqiqat və araşdırmaların həyata keçirilməsi və konfransların, təlimlərin, seminarların və əhalinin sağlamlığı ilə bağlı digər sanitar-maarif tədbirlərinin təşkili, könüllü gənclərin cəmiyyətdə qarşılaşdıqları problemli məsələlərin həllinə cəlb olunması, könüllü gənclər arasında psixi sağlamlıq istiqamətində tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Milli.Az










Tags:  Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzi ASAN könüllüləri Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb FOTO


RƏYLƏR


Top news