Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Xalq artistinin qızı: “Qardaşımı xilas edin”

Xalq artistinin qızı: “Qardaşımı xilas edin”

İlqarə əməliyyatdan sonra - FOTOLAR (06 Mart 2017 20:52)
Aygün Kazımovanın qızı 1 aya piylərini BELƏ ƏRİTDİ - VİDEO (03 Mart 2017 12:18)
Aygünün qızı əməliyyatdan sonra ilk dəfə ortaya çıxdı - FOTO (24 Fevral 2017 14:39)

Tarix: 22 Oktyabr 2016 14:23

1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalovun səhhəti hələ də ağır olaraq qalır. Bacısı onun müalicə xərclərini ödəyə bilmədiklərini bildirib.

Məmmədin bacısı Gülbəniz Zeynalova Publika.az-a açıqlamasında maddi dəstəyə ehtiyacları olduğunu deyib: “Özüm də utanıram, amma deməyə məcburam. Qardaşımın müalicə xərclərini artıq ödəyə bilmirəm, gücüm qalmayıb. Ona baxanda ürəyim ağrıyır. Vəziyyəti ürəkaçan deyil. Düzdür, nisbi dəyişiklik var, əlini tərpədir, reaksiya verir, amma böyrək də öz işini görür. Bu dəqiqə ona böyrək köçürülməsi də mümkün deyil. Çünki ağır xəstədir, əməliyyata girə bilməz. Donor tapılmalıdır, müayinələr olunmalıdır. Hazırda o, insultdan müalicə olunur. Amma böyrək əməliyyatı da nə vaxtsa mütləq olunmalıdır. Heydər Əliyev Fonduna müraciət edirəm, qardaşıma kömək istəyirəm. Gecə-gündüz xəstəxanadayam, onun bu halını görəndə ürəyim parçalanır”.

Onu da öyrəndik ki, M.Zeynalov üçün açılan bank hesabına bir manat da olsun pul göçürülməyib.

Cəvahir



Teqlər:  Xalq artistinin qızı Qardaşımı xilas edin



RƏYLƏR


Top xəbərlər