Azərbaycanın istehsal etdiyi silah düşməni vahiməyə saldı - VİDEO

Azərbaycanın istehsal etdiyi silah düşməni vahiməyə saldı - VİDEO
14:43 22 Oktyabr 2016
216 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın “İstiqlal” snayperləri Ermənistan ordusunda əsil vahimə yaradıb.

Publika.az
xəbər verir ki, Ermənistan mediası erməni əsgərlərinin Azərbaycanın milli istehsalı olan snayperlərindən qorxduğunu yazıb.

“Newsarmenia” saytı cəbhə xəttində erməni əsgərlərin bu snayperlərdən qorunmaq üçün müxtəlif üsullara əl atdığını bildirib.

Cəbhə bölgəsində daim atəş xəttində olan “İstiqlal” snayperinin bir atəşi atəşkəsi pozan erməni tərəfində vahimə yaradır.

Qeyd edək ki, “İstiqlal” (İST-14,5 Anri-Material Rifle) snayper tüfəngləri Azərbaycanın milli istehsalıdır. Bu snayperləri düşmənin zirehli avtomobillərini də sıradan çıxarmaq qabiliyyətindədir.

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR