Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda Türkiyənin tanınmış yazıçısı Ahmed Hamdi Tanpınara həsr olunmuş tədbir keçirilib

Bakıda Türkiyənin tanınmış yazıçısı Ahmed Hamdi Tanpınara həsr olunmuş tədbir keçirilib

Date: 22 October 2016 14:52

Bakı. 22 oktyabr. REPORT.AZ/ “Akademkitab” kitab evində Türkiyənin tanınmış yazıçısı Ahmed Hamdi Tanpınara həsr olunmuş tədbir keçirilib.
"Report" xəbər verir ki, “Tanpınar günü” adı altında təşkil olunan tədbirdə tanınmış ziyalılar, kitab həvəskarları və mediya nümayəndələri iştirak ediblər.

Yunus Əmrə İnstitutunun müdiri ibrahim Yıldırım bildirib ki, Tanpınar türk ədəbiyyatının ən böyük yazarlarından biridir: "Əsərləri 36 dilə çevrilib. 4 əsəri Azərbaycan türkcəsinə çevrilib. Biz də Azərbaycanda yazarımızı tanıtmaq üçün esse yazı müsabiqəsi təşkil etmişik". 
Digər natiqlər də Tanpınarın əsərlərindən misallar gətirib, onun ensiklopedik biliklərə sahib olduğunu vurğulayıblar.
Tədbirdə Tanpınar haqda geniş ədəbi söhbət və fikir mübadiləsi aparılıb, həmçinin onun yaradıcılığı haqda institut tərəfindən elan olunmuş “Tanpınarı kəşf edirəm” adlı esse müsabiqəsi haqqında məlumat verilib.
Tədbirin sonunda iştirakçılara Tanpınarın Azərbaycan dilinə tərcümə olunmuş kitabları paylanıb.




Tags:  Bakıda Türkiyənin tanınmış yazıçısı Ahmed Hamdi Tanpınara həsr olunmuş tədbir keçirilib

RƏYLƏR


Top news