Bağlanmış banklarda xarici valyutada olan əmanətlər necə geri qaytarılacaq?

Bağlanmış banklarda xarici valyutada olan əmanətlər necə geri qaytarılacaq?
14:57 22 Oktyabr 2016
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov lisenziyası ləğv edilmiş banklarda xarici valyutada olan əmanətlərin hansı valyuta və məzənnə ilə geri qaytarılması ilə bağlı məsələlərə aydınlıq gətirib.

Onun sözlərinə görə, mövcud qaydalara əsasən, milli valyutada olan əmanətlərlə yanaşı, bir əmanətçinin eyni bankda həm milli, həm də xarici valyutada olan əmanətləri manatla qaytarılır: "Bu isə o deməkdir ki, yalnız iki halda əmanət manatla qaytarılar bilər. Digər hallarda ödəniş xarici valyutada olmalıdır. Manatla əmanətlərin milli valyutada qaytarılması aydın məsələdir. Digər halda isə, məsələn, əgər əmanətçinin müflis olmuş bankda iki əmanət hesabı varsa və əgər onlardan biri dollarda, digər isə manatladırsa, həmin şəxs dollarla olan əmanətini də manatla almaq məcburiyyətindədir. Hətta məsələn, həmin şəxsin 50 000 dollarlıq xarici valyuta əmanəti sadəcə 1000 manatlıq milli valyuta əmanəti varsa, bütün pulunu mövcud qaydalara əsasən manatla alır".

Amma iqtisadçının sözlərinə görə, əgər əmanətçinin müflis olan bankdakı pulu yalnız dollarladırsa, o zaman həmin pul heç bir halda manatla ödənilə bilməz:

"Əmanətlərin Sığortalanması Fondunun öz qaydalarına əsasən, həmin pul yalnız dollarla qaytarılır. Eynilə, əgər əmanət sadəcə avroda yerləşdirilibsə, kompensasiya manatla ödənilə bilməz, yalnız Avropa pulunda qaytarılmalıdır. Əmanətlərin Sığortalanması Fondunun mövcud qaydalarına əsasən, digər valyutada olan əmanətlərə (məsələn, Böyük Britaniya funt sterlinqi, Rusiya rublu və s.) sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən, çarpaz məzənnə ilə hesablanmış dollar və ya avroda qaytarılır. Yəni, əgər əmanət Böyük Britaniya funt sterlinqindədirsə, həmin vəsait də manatla qaytarıla bilməz və yalnız ABŞ və ya Avropa pulu ilə qaytarılmalıdır".

V.Bayramov qeyd edib ki, istər milli valyuta daxil olmaqla ikili əmanəti olanlara ödəniş edilən zaman, istərsə də dollar və avro istisna olunmaqla əmanət məbləği hesablananda kurs sığorta hadisəsi baş verən günə olan rəsmi məzənnəyə əsasən hesablanır: "Yəni, əgər əmanətçinin eyni bankda milli valyuta və dollar əmanəti varsa, ona ödənilən vəsait köhnə kurs ilə deyil, bankın müflis olduğu gün Mərkəzi Bankın rəsmi kursu ilə ödənilməlidir. Bu isə o deməkdir ki, hətta rəsmi qaydalara görə belə, heç bir halda devalvasiyadan əvvəlki məzənnə ilə ödəniş həyata keçirilə bilməz".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/482127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR