"Qalatasaray" "Trabzonspor"u qəbul edəcək

"Qalatasaray" "Trabzonspor"u qəbul edəcək
15:05 22 Oktyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Türkiyə Super Liqasında VIII turun mərkəzi görüşü bu gün "Qalatasaray" və "Trabzonspor" komandaları arasında keçiriləcək.

Milli.Az Report-a istinadən xəbər verir ki, "Türk Telekom Arena"da oynanılacaq qarşılaşmanı Fırat Aydınus idarə edəcək.

Qonaq komandanın İstanbula aparılan heyətində Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev də yer alıb. O, meydana çıxsa, Super Liqada debüt edəcək.

İlk 7 turdan 5 qələbə və 2 heç-heçə ilə ayrılan "Qalatasaray" 17 xalla 1-ci pillədə qərarlaşıb. "Trabzonspor" isə 7 xalla (2 qələbə, 1 heç-heçə və 4 məğlubiyyət) 12-ci yerdə gedir. Ərsun Yanalın baş məşqçi olduğu komanda səfərdə sonuncu qələbəsini aprelin 2-də - ötən mövsümün XXVII tura təsadüf edən "Qaziantepspor"la görüşdə qazanıb - 1:0.

"Qalatasaray"la "Trabzonspor" indiyədək 121 dəfə üz-üzə gəlib. Bunlardan 56-da "sarı-qırmızılar", 38-də "bordo-mavilər" qalib gəlib, 27 oyun heç-heçə ilə nəticələnib. Top fərqi də "Cim-Bom"un xeyrinədir: 160-131.  
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/482110.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR