Qızından Hakan Şükürə yazılan, Gülənə çatdırılmalı QEYD

Qızından Hakan Şükürə yazılan, Gülənə çatdırılmalı QEYD
15:05 22 Oktyabr 2016
109 Dünya
Ölkə mətbuatı
A- A+

Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı başlayan istintaq-əməliyyat tədbirləri çərçivəsində həbs edilən Türkiyə milisinin keçmiş futbolçusu Hakan Şükürün evində axtarış edilib.

Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, axtarışlar nəticəsində onun evindən TSK yazılan qəlibin içərisində qızının Hakan Şükürə yazdığı qeyd tapılıb. 

Qeyddə yazılıb:

''Ata, qəzasız-bəlasız qayıtmağını istəyirəm. Buse gecən xeyirə qalsın və hoca əfəndidən hər hansı bir şey,  bir də mənim və Begüm Elmasın hoca əfəndiyə yazdığımız qeyd var. Hələ ki yazmamışıq. Mən sənə telefonla yazıb göndərəcəm. Sən hoca əfəndiyə göstər. Ata, səni çox sevirəm. Sabah yanına gələndə bir söz deyəcəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR