Maşınlar toqquşdu - 1 ölü, 5 yaralı

Maşınlar toqquşdu - 1 ölü, 5 yaralı
15:05 22 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Oktyabrın 21-də saat 01 radələrində Quba rayonunun Vladimirovka kəndində rayon sakini Habil Muradovun idarə etdiyi "VAZ-2106" və Qusar rayon sakini Bəxtiyar Sadirovun idarə etdiyi "AzSamand" markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, qəzada B.Sadirovun sərnişinlərindən Rusiya Federasiyası vətəndaşı Lida Madirsultanova hadisə yerində ölüb, digər 2 sərnişini, habelə H.Muradovun 1 sərnişini, eləcə də hər 2 sürücü xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/482131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR