Ermənilərin qənimi olan Kərbəlayı İsmayıl haqqında bilmədiklərimiz - FOTOLAR

Ermənilərin qənimi olan Kərbəlayı İsmayıl haqqında bilmədiklərimiz - FOTOLAR
15:08 22 Oktyabr 2016
185 Digər
Ölkə mətbuatı
A- A+

Abasqulu bəyi Kərbəlayı öldürməyib - "Bura Vətəndir" Tərtərdə - VİDEO (11 May 2017 12:18)

Yazıçı Fərman Kərimzadənin 1967-ci ildə çap etdirdiyi “Qarlı aşırım” romanı bir zamanlar erməni daşnaklarına qarşı mübarizə aparmış Kərbəlayı İsmayılın sovet rejiminə qarşı mübarizəsinin bir sıra detallarını gündəmə gətirdi. Yazıçı 1969-cu ildə həmin roman əsasında özünün “Axırıncı aşırım” adlı bir seriyalı bədii filminin ssenarisini tamamladı. Bir il sonra eyni adla çəkilən film təbii ki, sovet senzurasından keçməli, real həyatdakı bəzi faktlar təhrif edilməli, gizlədilməli idi. Bəs əslində Kərbəlayı İsmayıl kim idi? Azərbaycan SSRİ-nin “düşməni” kimi qələmə verilən bu şəxs nə üçün sovet rejiminin qurulduğu 9 il ərzində yox, məhz 1929-cu ildə silaha sarılmışdı? Tədqiqatçı, “Abbasqulu bəy Şadlinski” kitabının müəllifi Əziz Ələkbərli Publika.az-a müsahibəsində Kərbəlayı İsmayılın həyatı ilə bağlı real faktlardan danışdı.

Erməni daşnaklarına qan udduran qəhrəman

Araşdırmaçı ilk öncə bildirdi ki, İrəvan xanlığında məskunlaşdırılan ermənilər tezliklə yerli türk-müsəlman əhaliyə problemlər yaratmağa başladı. Çar Rusiyasına arxalanan ermənilərin azərbaycanlılara qarşı ilk soyqırımı 1905-ci ildə həyata keçirilir: “Xalqımız növbəti belə bir soyqırımı aktı ilə 1917-1920-ci illərdə üz-üzə dayandı. Bu səbəbdən də Vedibasar əhalisi 3 il ərzində erməni daşnaklarına qarşı milli-azadlıq mübarizəsinə qalxdı.

Onlardan biri də İrəvan Çuxurunda yerləşən Vedibasar mahalının Çimənkənd kəndindən olan Kərbəlayı İsmayıl idi. 1917-ci ildə vedibasarlılar erməni təcavüzünə qarşı ilk özünümüdafiə dəstələri yaradanda Kərbəlayı İsmayılın 48-50 yaşı vardı. Mahalda el ağsaqqalı kimi tanınan, hörmət-izzət sahibi olan Kərbəlayı İsmayıl ağıllı və bacarıqlı təsərrüfat başçısı idi.

Vedibasarın müdafiəsini əfsanəvi xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin başçılıq etdiyi “Mübariz dəstə” həyata keçirsə də, dağlıq kəndlərin erməni təcavüzündən müdafiəsində Kərbəlayı İsmayıl mühüm rol oynayırdı. Kərbəlayı ilə xalauşaqları - Usuboğlu tayfası arasında qan düşmənçiliyi olduğundan və Mikayıl Usub oğlu “Mübariz dəstə”nin Çimənkənd bölüyünün komandiri təyin edildiyindən İsmayılın oğlanları və qohumları bu bölüyün tərkibində yox, onun başına toplaşaraq müstəqil dəstə şəklində mübarizə aparırdılar”.

Bununla belə, Kərbəlayı İsmayıl mübarizədə yaşca özündən kiçik olmağına baxmayaraq, dostu, qohumu Abbasqulu bəylə əlbir və məsləhətli şəkildə hərəkət edirdi: “Abbasqulu bəy ermənilərə qarşı mübarizə aparanda dağ kəndlərində Kərbəlayı İsmayıl, oğlanları Əsədulla, Firidun, Cəmaləddin və Hüseyn, qardaşı Əli, qardaşı oğlu Məhərrəm də xüsusi fəallıq göstərərək Vedibasarın dağlıq kəndlərini düşməndən qoruyublar. Şahablı, Qaraxaç, Qədirli, Keşişdağ və başqa kəndlərdə erməni vəhşiliyinin qurbanı olmuş camaatın köməyinə ilk çatanlar və düşmənə lazımınca cavab verənlər arasında Kərbəlayı İsmayılın dəstəsinin xüsusi yeri olub. Onlar təcavüzkarlara qan uddururdu. Kərbəlayı İsmayıl və dəstəsi düşmənə ağır zərbələr enidirdi”.

Kərbəlayı ilə Abbasqulu bəy yaxın qohum, dost idi

Kərbəlayı İsmayılla Abbasqulu bəy arasındakı qohumluq və şəxsi dostluq münasibətləri onların ailələri arasında da dostluğa səbəb olmuşdu. Abbasqulu bəylə Kərbəlayı İsmayılın qardaşı Pənah bacanaq idilər: Abbasqulu bəy hər dəfə dağ kəndlərinə qalxanda yaxın dostu Kərbəlayı İsmayılın evində qonaq qalırdı. 1920-ci ilin payızında Naxçıvanda “Qırmızı tabor” yaradılanda Kərbəlayının xeyir-duası ilə qardaşı oğlu Məhərrəm Abbasqulu bəyin taboruna qoşuldu.

Vedibasarda sovet hakimiyyəti qurulandan sonra digər vedibasarlılar kimi Kərbəlayı İsmayıl da mühacirətdən doğma vətənə qayıtdı və dinc həyata başladı. Sovet hakimiyyətinin ilk illərində Kərbəlayı İsmayıla toxunulmasa da, 1927-ci ildən sonra ilk təqiblər hiss olunmağa başladı. 1929-cu ildə onu “sağ təmayül” çıxarıb, səsvermə hüququndan məhrum etdilər”.

Abbasqulu bəyin öldürülməsində erməni izi

Əziz Ələkbərlinin sözlərinə görə, Moskvada və İrəvanda sovet hakimiyyəti strukturlarında möhkəmlənmiş ermənilər “qolçomaqlara qarşı mübarizə” adı altında Vedibasarda azərbaycanlılara qarşı təzyiqləri gücləndirdilər: “Kərbəlayı İsmayıl da təzyiq və təhqirlərə dözməyərək, 1929-cu ildə 250-300 nəfərlik dəstə ilə Vedibasarın dağ kəndlərinə çəkilib, hökumətə qarşı silahlı qiyam qaldırdı.

Fürsətdən istifadə edən ermənilər Vedibasarın qəhrəmanlarından qisas almaq qərarına gəlirlər. Zaqafqaziyanın Banditizmə Qarşı İdarəsinin erməni əsilli rəisi Vediyə gəlmişdi. 1930-cu ildə erməni millətçilərinin qurğusu ilə Abbasqulu bəy Şadlinski Kərbəlayı İsmayılla danışıq aparmaq məqsədilə qiyamçıların düşərgəsinə göndərilir. Lakin Kərbəlayı İsmayıl Abbasqulu bəylə görüşdən yayınır. Birincisi, onun Abbasqulu bəyin sözündən çıxmaq gücü yox idi. İkincisi, Abbasqulu bəy Kərbəlayı ilə görüşə gedəndə onun öldürülməsi haqda qərar verilmişdi.

Abbasqulu bəyə dedilər ki, Kərbəlayı İsmayılla görüş, silahı yerə qoysun. O, bilirdi ki, Kərbəlayı İsmayıl hökumətə heç nə edə bilməyəcək. Buna görə də qan tökülməsini istəmirdi.

Abbasqulu bəy Kərbəlayı ilə görüşə iki təkliflə gedirdi - ya silahı yerə qoysun, təhlükəsizliyinizə təminat veriləcək, ona toxunmayacaqlar. Ya da Türkiyəyə getsin.

Abbasqulu bəy özünün bölük komandirlərindən olmuş silahdaşı, Vedi kolxozunun sədri Xəlili götürüb yola düşdü. Sonradan raykomun təbliğat-təşviqat şöbəsinin müdiri Müzəffər Talıbovu da onlara qoşdular. Talıbov hökumətin adamı idi və onun missiyası məlum deyildi. Təbii ki o həm də DTK-nın adamı idi”.

Abbasqulu bəyi Kərbəlayı İsmayılın yanına yola düşməzdən 1 gün əvvəl gizli şəkildə Kərbəlayı İsmayılın yanına adam göndərirlər: “O, Kərbəlayıya deyir ki, Abbasqulu bəy sizin yerinizi öyrənməyə gəlir. Qayıdandan sonra üstünüzə qoşun göndərəcək. Bir tərəfdən Abbasqulu bəyi “barışıq” adıyla Kərbəlayının yanına göndərirlər, digər tərəfdən isə qaçaqları Abbasqulu bəyin üstünə qaldırırlar. Məktubu göndərən isə rayon ispalkomunun sədri idi”.

Qaçaqlar yığışıb Abbasqulu bəyin gəlişi ilə bağlı toplantı keçirirlər: “Deyirlər Abbasqulu bəy bizi satıb. Səs çoxluğu ilə qərara gəlirlər ki, o, öldürülməlidir. Bir sözlə, Abbasqulu bəy barədə ölüm qərarı 1 gün əvvəl verilmişdi. Toplantıda 2-ci məsələni də müzakirəyə çıxarırlar - Abbasqulu bəyi necə öldürək? Bəy, yoxsa bizi satmış xəyanətkar kimi? Qaçaqlar qərara gəlirlər ki, onu bəy kimi, mərdanə öldürsünlər.

Əziz Ələkbərlinin sözlərinə görə, “Axırıncı aşırım”da Kərbəlayının sağ əli kimi qardaşı Vəli göstərilir: “Əslində, Vəli Qəmlonun qardaşı olub. Kərbəlayının sağ əli isə qardaşı oğlu Məhərrəm olub. Abbasqulu bəy elə Məhərrəmə güvənib danışıqlara gəlirdi. Deyir ki, Məhərrəm ordadırsa, mənə güllə atmazlar. Məhərrəm Abbasqulu bəyin bölük komandirlərindən olduğundan bəy ermənilərə qan udduran silahdaşına inanırdı”.

Kərbəlayı İsmayıl Abbasqulu bəylə görüşdən niyə yayındı?

Abbasqulu bəy barəsində ölüm hökmü çıxarıldığından Kərbəlayı İsmayıl görüşdən yayınır: “Bundan başqa, əgər o, Abbasqulu bəylə görüşsəydi, silahı yerə qoymaq təklifini yerə sala bilməyəcəkdi. Filmdə Abbasqulu bəyin guya Qarabağlara silahsız getdiyi vurğulanır. Əslində, bu, yalandır. Bəy ömrü boyu silahı belindən açmayıb”.

Abbasqulu bəyin Kərbəlayı İsmayılla görüşü baş tutmur. Qaçaqlar martın əvvəllərində əvvəlcə Xəlili, sonra isə Abbasqulu bəyi öldürürlər: “Kərbəlayı İsmayıl bir neçə gün sonra mübarizəni davam etdirməyin mənasızlığını başa düşərək gecə ikən oğlanları və tərəfdarları ilə sərhədi keçib Türkiyəyə pənah aparır.

Kərbəlayı İsmayılın arvadı Səkinə, oğlu Həsən, Məhərrəmin ailəsi və daha bir neçə nəfər Əyricə yaylaqlarında həbs edilərək Kəvər türməsinə salınıblar”.

Müsahibim xüsusi olaraq vurğuladı ki, Ermənistanda azərbaycanlılara qarşı milli-etnik təzyiqlər də məhz Abbasqulu bəy, Kərbəlayı İsmayıl kimi Vətən oğullarının fiziki məhvi ilə eyni vaxta düşür. Türkiyədə Kərbəlayı İsmayıla və onunla gələnlərə Ermənistan təhlükəsizlik orqanlarının casusu kimi yanaşıb, onları nəzarətdə saxladılar. Buna dözməyən qaçqınların, Kərbəlayı İsmayıldan və böyük oğlu Əsədulladan başqa, demək olar ki, hamısı geri – Vətənə qayıtdı. Lakin Araz çayını adlayıb, Ermənistan tərəfə keçən kimi onları həbs etdilər”.

Sürgün edilən, repressiyaya məruz qalan ailə

Ermənilər dəfələrlə cəhd etsələr də, Türkiyədə Kərbəlayı İsmayılı öldürmək onlara nəsib olmadı. Onun yanına oğlanlarını, qohumlarını göndərib, dilə tutmaqla Vedibasara gətirtməyə cəhd etdilər. Lakin Kərbəlayı İsmayıl Türkiyədə tək qaldı.

1940-cı illərdə Kərbəlayı İsmayılla əlaqə tamam kəsilir, yalnız bu məlum olur ki, o, Türkiyədə İqdır vilayətinin Aralıq mahalının Daşburun kəndində yaşayır.

Kərbəlayı İsmayıl 1948-ci ildə vəfat edir. Son nəfəsində deyir ki, Vedibasarda oğlum, qardaşım uşaqları var, məzarımı yol kənarında qazın ki, bura yolları düşsə, gəlişlərini hiss edim.

Kərbəlayı İsmayılın altı oğlu, bir qızı olub: Əsədulla, Yadulla, Firidun, Cəmaləddin, Hüseyn, Həsən və Zəhra. Yadulla nişanlı ikən qan düşmənçiliyi üstündə qətlə yetirilib. Oğlanları Əsədulla, Firidun, Cəmaləddin, Hüseyn və qardaşı Əli 1937-ci ildə həbs edilərək İrəvanda sorğu-sualsız güllələniblər.

1941-ci ildə Kərbəlayı İsmayılın arvadı Səkinəni, oğlu Həsəni, qardaşı İsrafili, qaynı Paşanı və başqalarını Qazaxıstana sürgün etdilər. Bu vaxt yalnız qızı Zəhra ərdə olduğundan sürgündən xilas oldu. Kərbəlayı İsmayılın sürgün olunan doğmaları bir də 1953-cü ildə sürgündən azad olub Azərbaycana qayıtdılar və Bərdə, Tərtər rayonlarında məskunlaşdılar”.

Anar Tağıyev










RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Fəxrəddin Manafov xanımı ilə - FOTOLAR

24 May 2017 12:24

"Heç vaxt evdar xanım olmamışam"

24 May 2017 12:24

Bizi Ermənistana UDUZDURAN SƏBƏB - VİDEO

24 May 2017 12:23

Gənc aktrisalar Bakıda podiuma çıxdı - FOTO

24 May 2017 12:22

Sabah paytaxtda küləkli, bölgələrdə yağmurlu hava olacaq

24 May 2017 12:22

İrina Şeykin dönüşü möhtəşəm oldu - FOTO

24 May 2017 12:22

Şizofreniyadan qurtulmaq üçün qəribə yol...

24 May 2017 12:20

Dövlət qulluğuna qəbul imtahanları da pullu olacaq - CƏDVƏL

24 May 2017 12:18

Yağış yaşacaq, şimşək çaxacaq

24 May 2017 12:18

İki canlı əfsanə qırmızı xalıda - FOTO

24 May 2017 12:17

Vaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcək

24 May 2017 12:17

Allahşükür Paşazadə dindarlara xəbərdarlıq edib

24 May 2017 12:17

QMİ sədri: “Heç bir din xadimi Ramazan ayı boyunca iftardan əvvəl məclislərə getməməlidir”

24 May 2017 12:17

Ermənistandakı "Azərbaycan almaları" Polşanın imiş...

24 May 2017 12:17

İsrail səfiri Naxçıvanda kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

24 May 2017 12:17

Allahşükür Paşazadədən axund və imamlara xəbərdarlıq

24 May 2017 12:15

Akif Əlizadə: İnstitut direktorlarından tələb edirəm ki...

24 May 2017 12:15

Yağış, külək - SABAH

24 May 2017 12:14

Ermənistanı qarışdıran Quba alması ilə bağlı YENİ İDDİA: İrəvanın HİYLƏSİ

24 May 2017 12:13

AMEA prezidenti: "İnstitut direktorlarından qrant məsələsinə ciddi diqqət yetirmələrini tələb edirəm"

24 May 2017 12:12

21 il ev dustağı olan azərbaycanlı əfsanəvi müğənni - VİDEO - FOTO

24 May 2017 12:12

İcra başçısı baş memarı işdən çıxartdı

24 May 2017 12:12

Sabaha olan hava proqnozu açıqlanıb

24 May 2017 12:12

Ərdoğanın qatılacağı mərasim bombalanmalı idi: Beştəpə necə xəbər tutdu? - ŞOK DETALLAR

24 May 2017 12:08

22 yaşlı hakim özündən söz etdirdi - FOTOLAR

24 May 2017 12:07

Qarabağlı Əmrah Çəlikəl - 41 yaş

24 May 2017 12:07

Yük avtomobili ilə bank maşını toqquşdu - VİDEO - FOTO

24 May 2017 12:06

Bakıda yaralı vəziyyətdə xəstəxanaya gətirilən kişi öldü

24 May 2017 12:06

Mançesteri qana bulayan 22 yaşlı terrorçunun ilk FOTOsu

24 May 2017 12:05

Heyvanların üzlərində kədər, ümidsizlik görmüşdünüz? - FOTO

24 May 2017 12:05

Bakıda bankın qarşısında DƏHŞƏT: ÖZÜNÜ YANDIRDI

24 May 2017 12:04

Ramazan təqvimi

24 May 2017 12:03

Azərbaycanın voleybol yığması dünya çempionatının seçmə mərhələsində ilk görüşünü keçirəcək

24 May 2017 12:02

Britaniyanın Azərbaycandakı səfiri: “Dəhşətli hücuma baxmayaraq başımızı uca tuturuq”

24 May 2017 12:02

Nazir: "İran, Rusiya, Qazaxıstan və s. ölkə vətəndaşları növbəti festivalda Azərbaycana səfər etməyi planlaşdırır"

24 May 2017 12:02

İnsan alverində təqsirləndirilən qadının məhkəməsi başlayıb

24 May 2017 12:02

Din xadimlərinə mükafat və medallar təqdim edilib

24 May 2017 12:01

Azərbaycanlı qadınları Türkiyədə satan MƏHKƏMƏ QARŞISINDA

24 May 2017 11:59

Qaçırılan qızı toya zorla gətirdilər

24 May 2017 11:59

Rusiyanın daha bir aviaşirkəti Bakıya uçuşlar həyata keçirəcək

24 May 2017 11:57

Azərbaycan Türkiyə ilə üz-üzə

24 May 2017 11:57

Londonda BP-nin baş ofisində İngiltərə-Azərbaycan Cəmiyyəti ilə birgə BP şirkətinin Azərbaycanda fəaliyyətinin 25 illik yubileyi qeyd edilib (FOTO)

24 May 2017 11:55

"Trabzonspor" "Qəbələ"yə futbolçu verir - İcarə haqqı almadan

24 May 2017 11:55

Pencəyin yaxasına taxılan sirli nişanlar: MƏNALARI VƏ TARİXİ - FOTOLAR

24 May 2017 11:53

Türkiyə NATO çərçivəsində Avstriya ilə əməkdaşlığa veto qoyub

24 May 2017 11:52

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının başlanması ilə bağlı fətva verib

24 May 2017 11:52

"Qarabağ"ın hədəfindəki "Messi" - VİDEO

24 May 2017 11:52

Ramazan ayı başlayır - QMİ fətva verdi

24 May 2017 11:50

Təmas xəttində monitorinq keçiriləcək

24 May 2017 11:50

İslam Oyunlarda nələr yaşandı? - Bakı nəqliyyatının "həyat verdiyi" ƏCNƏBİLƏR

24 May 2017 11:48