Nizami Cəfərov: “Bəzi aparıcılar təlxəklik edirlər”

Nizami Cəfərov: “Bəzi aparıcılar təlxəklik edirlər”
15:18 22 Oktyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Nizami Cəfərova ağır itki (08 Aprel 2017 12:08)

“Azərbaycan dilinin normaları daha çox televiziya kanalları və radiolar tərəfindən pozulur”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili, dilçi alim Nizami Cəfərov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylunun Azərbaycanda ədəbi dilin normalarını pozanlara qarşı pul cəriməsinin tətbiq edilməsi barədə təklifinə münasibət bildirərkən deyib.

N.Cəfərov bildirib ki, bununla bağlı Milli Televiziya və Radio Şurası bir neçə dəfə telekanallara xəbərdarlıq edib. Onun sözlərinə görə, ədəbi dil normalarının pozulmasına görə Milli Televiziya və Radio Şurasının telekanalları və ya verilişləri cəzalandırmaq səlahiyyətləri var:

“Bu səlahiyyətləri bir qədər də artırmaq olar. Cərimələrin miqdarını isə gərək mütəxəssislər özü müəyyənləşdirsin. Mən hesab edirəm ki, Milli Televiziya və Radio Şurası televiziya və radio şirkət rəhbərləri ilə müşavirə keçirib, onlara təlimatlar və ya tövsiyələr verməlidir. Doğrudur, indiyədək bu cür müşavirələr keçirilib. Ancaq həmin müşavirələrdə daha çox elmi tövsiyələr verilib. Ancaq həmin televiziya və radiolara hüquqi baxımdan da xəbərdarlıqlar olunmalıdır. Misal üçün, hər hansı televiziya efirinə əxlaqa uyğun olmayan geyimlə çıxan aparıcı olursa, həmin veriliş və ya telekanal cəzalandırılır. Eyni zamanda, televiziya və radio efirlərində dil normalarını pozan verilişlər və teleradio şirkətləri də cəzalandırılmalıdır. Çünki teleradioların cəmiyyətə təsir gücü böyükdür. Burada dil normalarının pozulması təbii ki, cəmiyyətə də mənfi nəticələr verir”.

Deputat qeyd edib ki, hazırda Azərbaycanda yayımlanan radiolarda dil normaları çox kobud şəkildə pozulur:

“Bir sıra radio aparıcıları qüsurlu dillərə üstünlük verirlər, təlxəklik edirlər. Bu isə Azərbaycan dilini hörmətdən salır. Çünki dil səslənməyi ilə qürur verməlidir. Ancaq bəzi radio verilişlərdə bu qürur pozulur. Ona görə də bütün bunlar nəzərə alınmalıdır”.

N.Cəfərov vurğulayıb ki, Möhsün Nağısoylunun təklifində də əsas söhbət dil normalarını rəsmi yerlərdə pozulmasından gedir:

“Yəni, televiziya kanallarında və radiolarda, reklam və elanlarda şüurlu şəkildə dil normaları pozulursa, onlara bir neçə dəfə xəbərdarlıq edilməli, daha sonra isə cərimələr tədbir olunmalıdır. Hətta, bundan sonra onların cəzalandırılması təklifini də irəli sürmüşük. Amma kimsə fərdi qaydada səhvlər edəcəksə, onları cərimələməyin forması hələ ki, mövcud deyil. Çünki fərdi şəkildə insanları danışmasına görə cərimələsək, o zaman insan hüquqları prinsiplərinə zidd olar. Digər tərəfdən isə fərdi şəkildə hər hansı insan məktub yazanda, danışanda dil normalarını pozursa, bu insana nə demək olar? Yəqin ki, bu, savadsızlıqdan irəli gəlir. Ancaq televiziya və radiolarda yayımlanan verilişlərdə, reklamlarda ardıcıl olaraq ədəbi dil normaları pozulursa, müvafiq orqanlar tərəfindən həmin yerlərə ilk növbədə xəbərdarlıq edilməli, əgər sonradan təkrarlanarsa, bu zaman isə cərimələr tətbiq olunmalıdır. Misal üçün, bu gün hər hansı rayonda və ya şəhər istənilən müəssisənin, obyektin üzərində reklamlar və ya elanlar dil normalarına uyğun yazılmayıbsa, yerli İcra Hakimiyyəti tərəfindən həmin yerlərə xəbərdarlıq edilir. Bütün bunlarla bağlı “Dövlət dili haqqında” qanunda da cərimələr nəzərdə tutulub. Ona görə də dövlət dilinin normaları ardıcıl şəkildə pozulduğu təqdirdə, bu, Azərbaycan dilinə qarşı bilərəkdən və ya bilməyərəkdən təxribat hesab olunur”.

Vasif Həsənli

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Nadir: "Pak qız istəyirəm, başqasının artığını yox!"

23 May 2017 19:27

Milyarder xanımına 9 milyonluq üzük aldı - VİDEO - FOTO

23 May 2017 19:22

Dövlət qulluğu ilə bağlı ödənişli xidmətlər müəyyən edildi

23 May 2017 19:19

Tarif Şurası Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi ödənişli xidmətlərin tariflərini müəyyən edib

23 May 2017 19:17

Dövlət qulluğuna qəbul imtahanlarının qiyməti açıqlandı

23 May 2017 19:15

Mançesterdə partlayışda xəsarət alanların sayı 120-ə çatıb

23 May 2017 19:15

200-ə yaxın dərmanın qiyməti təsdiqlənib

23 May 2017 19:14

Tarif Şurası 200-ə yaxın dərmanın qiyməti təsdiqlədi

23 May 2017 19:14

Avropanın gələcək ulduzları - UEFA açıqladı

23 May 2017 19:12

SOCAR-ın idarə və müəssisələrində təcrübə keçmiş ASAN könüllüləri sertifikat alıb

23 May 2017 19:07

Hindistan ordusu Pakistana HÜCUM ETDİ

23 May 2017 19:05

Ədliyyə naziri Tovuzda vətəndaşlarla görüşəcək

23 May 2017 19:02

Çimərlik paltarı geyinən İLK XANIM: tarixdə ad qoymuş qadınlar - FOTOLAR

23 May 2017 18:58

Azərbaycan Beynəlxalq Bankı kreditorlarla Londonda keçirilmiş görüşə dair məlumat yayıb

23 May 2017 18:57

"Beşiktaş" qərarını verdi

23 May 2017 18:57

ABB-nin xarici borclarının restrukturizasiya planı açıqlanıb

23 May 2017 18:55

Üzündəki sızanaqlardan qeyri-adi üsulla xilas oldu - FOTO

23 May 2017 18:53

Rusiya Azərbaycana ət, süd və bal ixrac etməyə hazırlaşır

23 May 2017 18:52

Azərbaycanda subsidiyalaşmanı tənzimləyən normativ sənədin hazırlanması təklif olunur

23 May 2017 18:47

Məşhur müğənninin saçlı halı təəccübləndirdi

23 May 2017 18:44

Parisin mərkəzində baltalı HÜCUM

23 May 2017 18:43

Məşhur aktyor vəfat etdi

23 May 2017 18:42

Azərbaycanda əməkdar artistin başını yarıblar? - AÇIQLAMA

23 May 2017 18:39

“Sezar” kafesində ofisiant qız ona əxlaqsız hərəkət edən MÜŞTƏRİNİ ƏZİŞDİRDİ - VİDEO

23 May 2017 18:38

Türkiyə səfiri Tərcümə Mərkəzində

23 May 2017 18:36

Millət vəkili Qənirə Paşayeva Yaponiyada səfərdə olub (FOTO)

23 May 2017 18:36

Oqtay Əsədovun Latviyaya səfər proqramı açıqlandı

23 May 2017 18:36

"James Bond" öldü - FOTO

23 May 2017 18:34

Naxçıvanla sərhəddə əsgər Xaçatryanı necə öldürüblər?

23 May 2017 18:32

Azərbaycan və Bolqarıstan Baş prokurorluqları arasında əməkdaşlıq uğurla davam etdirilir

23 May 2017 18:32

​ADGTT-da həftənin tamaşaları

23 May 2017 18:29

Azərbaycan ABB-nin xarici kreditorlarına 3 təklif təqdim edib

23 May 2017 18:22

Ermənistan-Azərbaycan Sülh Platformasının Ukrayna üzrə sülh səfiri təyin edilib

23 May 2017 18:22

Vüqar Səfərlidən jurnalistlərə veriləcək mənzillərlə bağlı açıqlama: "Qardaşıma da güzəşt etməyəcəm"

23 May 2017 18:19

Bülent Ersoy toyuqdan iyrəndi

23 May 2017 18:19

Bu yüklə avtobusa MİNMƏYİN, YOXSA...

23 May 2017 18:18

Azərbaycanlı gənc qubernator müavini oldu

23 May 2017 18:14

BİABIRÇILIQ: yaşlı cütlük özlərinə LÜT ŞƏKİLDƏ TOY ETDİ - FOTOLAR (18+)

23 May 2017 18:13

33 nömrəli Uşaq Musiqi Məktəbinin konserti - FOTO

23 May 2017 18:12

"Gözümüzün qabağında oldu, 30 metr getməmiş öldü" - İlanlarla yaşayan ailə - VİDEO - FOTO

23 May 2017 18:12

Tanınmış jurnalist vəfat etdi

23 May 2017 18:12

Abbas Bağırovun gəlinsiz toyundan İLK FOTOLAR

23 May 2017 18:09

“Turanbank”ın səhmdarlarının pay bölgüsü dəyişib

23 May 2017 18:07

"Ermənistan Azərbaycan torpaqlarını işğal edib" - ABŞ-ın keçmiş səfiri

23 May 2017 18:05

Dünyadakı bütün evlərin ÜMUMİ QİYMƏTİ - İnanılmaz RƏQƏM

23 May 2017 18:03

Təhsil müəssisələrində 665 artıq ştat aşkarlanıb

23 May 2017 18:01

Tramp Roma Papası ilə görüşə getdi

23 May 2017 18:01

Günəş altında qalan meyvə-tərəvəzi almayın...

23 May 2017 17:59

Dünyanın ən qəribə ölümləri - İNANMAQ OLMUR - FOTOLAR

23 May 2017 17:58

Almaniyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

23 May 2017 17:57