Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Beynəlxalq Bank işinə görə tutulmuş şirkət rəhbəri AZADLIQDA

Beynəlxalq Bank işinə görə tutulmuş şirkət rəhbəri AZADLIQDA

"Azər-Türk Bank" 10 tələbənin təhsil haqqını ödəyəcək (14 Mart 2017 17:02)
Azərbaycanda şirkət rəhbərlərinin təxminən 3 faizi... (09 Mart 2017 19:52)
Hindistanda 1 mln. bank işçisi tətil edir (28 Fevral 2017 14:02)

Tarix: 22 Oktyabr 2016 15:24

“Azərbaycan Beynəlxalq Bankı” ASC işi ilə bağlı həbs edilmiş “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov azadlığa buraxılıb.

 

Lent.az-ın Report-a istinadən məlumata görə, müvafiq məhkəmə qərarı ilə A.Həsənov barəsində həbs qətimkan tədbiri ləğv edilib. O, Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

 

 

Xatırladaq ki, bu il may ayında “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının keçmiş müdiri Adil Hüseynov, Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev, “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyev, “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov və “General Construction” şirkətlər qrupuna daxil olan məhdud məsuliyyətli cəmiyyətlərdən (MMC) birinin direktoru Camal Həsənov, “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyev,"Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri Erhan Cavad Yavuz və iş adamı Cavid Muxtarov azadlığa buraxılıblar. Həmin şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.

 

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan şəxslər 2015-ci ildə saxlanılıb. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə həmin şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.


Teqlər:  Beynəlxalq Bank işinə tutulmuş şirkət rəhbəri AZADLIQDA



RƏYLƏR


Top xəbərlər