Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mərkəzi Bank: Rusiyada orta təbəqənin yox olması təhlükəsi yaranıb

Mərkəzi Bank: Rusiyada orta təbəqənin yox olması təhlükəsi yaranıb

Date: 22 October 2016 15:32

Bakı. 22 oktyabr. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) ölkədə yaranan sosial qeyri-bərabərliyin dərinləşməsinin tələbin azalmasına və qiymətlərin artmasına gətirib çıxarmaqla ölkədəki əhalinin orta təbəqə kateqoriyasının yox olmasına səbəb ola bilər. 
"Report"un "Ekspert" jurnalına istinadən verdiyi xəbərə görə, Mərkəzi Bank hesab edir ki, yığımı olmayan və kreditə sərbəst çıxış imkanı məhdud olan əhali prioritet olaraq ən vacib malların alınmasına önəm verir və faiz həddinin dəyişməsi onlara birbaşa təsir edir. İmkanlı təbəqə isə faiz həddinin dəyişməsinə biganədir. Belə ki, onlar əsas mallara çox az vəsait xərcləyir. Faiz həddinin dəyişməsinə kifayət qədər reaksiya verən orta təbəqə isə Rusiyada, ümumiyyətlə, böhran səbəbindən yox olmaq üzrədir.
Dünya Bankının hesabatına əsasən, 2000-2013-cü illərdə Rusiya əhalisinin orta təbəqəsinə aid olan (adambaşı gündəlik xərci 10 ABŞ dolları qədər olanlar) insanların sayı 60%-dən çox olub. Bu ilin II rübündə isə bu göstərici 51%-ə enib. Bankın statistikasına görə, 2010-cu ildə orta təbəqə ölkədəki gəlirlərin 74%-ni, istehlakın isə 86%-ni təmin edib. Rusiya Milli Akademiyasının sosiologiya institutunun hesabatına əsasən, hazırda Rusiya əhalisinin 28 mln. nəfərini və ya təxminən 20%-ni orta təbəqəyə aid etmək olar.
Ümumiyyətlə, qəbul olunmuş doktrinaya görə orta təbəqəyə yoxsulluq həddindən 1,5 dəfə çox gəliri olan əhali aid edilir ki, bu yanaşma ilə həmin kateqoriya 20% təşkil edir. Lakin ekspertlər avtomobil və əmlakın olmasını da mütləq aid etdikdə orta təbəqə əmsalının xeyli azaldığını bildirilir və bunun sayı sürətlə azalır.
"Manni Fanni" mikromaliyyələşdirmə şirkətinin baş direktoru Aleksandr Şustova görə, 1998, 2008 və 2014-cü illərdə baş verən devalvasiyalar hər dəfə əhalinin orta təbəqəsinin zərər çəkməsinə səbəb olub. Bunu avtomobil və daşınmaz əmlak bazarlarında tələbin yavaşlaması və bərpa oluna bilməməsi ilə müşahidə etmək olar: "Orta təbəqənin xüsusi çəkisini görmək üçün isə bankların nə qədər insana kredit verdiyini monitorinq etmək lazımdır. Bu, ölkə əhalisinin yalnız 2,5%-dir. Neft qiymətləri 65 dollar/bareli keçərsə, orta təbəqə əhalinin sayının artması mümkündür".

Tags:  Mərkəzi Bank Rusiyada orta təbəqənin yox olması təhlükəsi yaranıb


RƏYLƏR


Top news