Qeyri-adi xəstəxana - FOTOLAR

Qeyri-adi xəstəxana - FOTOLAR
15:53 22 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Ohayo ştatının “Fənər” tibb mərkəzinin direktoru Ceyn Makeş alzeymer xəstəliyindən (əsasən qoca insanlarda rast gəlinən, bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji xəstəlik) əziyyət çəkən pasiyetləri üçün onları özlərini evlərində, əvvəlki illərdə hiss etmələri üçün dahiyanə layihə hazırlayıb.

Publika.az xəbər verir ki, qeyri-adi və çox gözəl görünən bu "küçə"ni xəstəxana adlandırmağa adamın dili gəlmir.

Dizayn elə hazırlanıb ki, xəstəxana keçən əsrin 30-40-cı illlərində indiki qocaların böyüdükləri şəhərciyi xatırlatsın. Palataların hər birində onların şəxsi "evləri" var.

Ayaq altında "otdan" xalça, başın üstündə "səma". Bütün bunlar yerli sakinlərin bioloji ritmlərini dəstəkləmək üçündür.

Burda gün ərzində təbiətə aid musiqilər səsləndirilir. Ətrafa nanə və sitrus qoxusu yayılır. Aparılmış tədqiqatlar göstərdi ki, aromaterapiya alzeymer xəstəliyindən əziyyət çəkənlərin səhhətinə müsbət təsir edir.

Burada hətta pasiyentlərin yığıldığı və ünsiyyət saxlaya bildikləri əsas küçə də var.

Yaşlı sakinlərin yataq otaqları təmiz və rahatdır.

Ceyn Makeş üçün bu xəstələrin təkcə rahatlığı deyil, həm də cəmiyyətin bu insanları necə qəbul etməsi əsasdır. O əmindir ki, belə mühit müalicədə böyük rol oynayır. Direktor hətta hesab edir ki, alzeymerdən əziyyət çəkən insanların emosional vəziyyətini yaxşılaşdırmaq üçün yeni üsullar fikirləşmək lazımdır.

Buna görə də pasiyentlər üçün daha iki qeyri-adi mərkəz açır.

Anar Tağıyev




Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/173145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR