Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Şokdayam" - Aytən Səfərova

"Şokdayam" -  Aytən Səfərova

Date: 22 October 2016 15:56

Aparıcı Aytən Səfərova efirdə insanları təhqir etməsiylə bağlı iddialara cavab verib.

Axşam.az Ölkə.Az-a istinadən xəbər verir ki, aparıcı açıqlamasında fikrinin təhrif olunduğunu deyib:

"Tahir müəllimin xətrini çox istəyirəm. Əvvəla, o buğalara yox, qoçlara deyilib, dezinformasiya yaymasın. İkincisi, Tahir müəllim fikri bəzi qeyri-peşəkar jurnalistlər kimi kontekstdən çıxardıb. Ondan əvvəl biz yağlı yeməklərdən və otların faydasından danışdıq. Sonra ulduz falına keçəndə Mətanət dedi, görəsən qoçlar neynəsinlər? Dedim, yəqin ki, onlar da otlasınlar. Burada həmin bürcdən olan insanlar yox, qoçların özləri nəzərdə tutulub. Tahir müəllim necə diqqətlə qulaq asıbsa, orada cəmi bir cümlə gedib. Bəzəyib-düzəməyi bir qırağa, buğa bürcünün adını çəkib. Mən ümumiyyətlə şokdayam. Tahir müəllimə məsləhətim odur ki, verilişə daha diqqətlə qulaq assın. Çox şadam ki, Azərbaycanın ziyalı təbəqəsinin insanları öz səhərini bizimlə açır".

Xatırladaq ki, bu barədə bizimyol.info-ya hüquqşünas Tahir Əlirzayev məlumat vermişdi. Qeyd olunurdu ki, Səfərova aparıcısı olduğu səhər verilişində buğa bürcü altında doğulan insanları təhqir edib.


Tags:  Şokdayam Aytən Səfərova

RƏYLƏR


Top news