Lippi milli komandanın baş məşqçisi oldu - FOTO

Lippi milli komandanın baş məşqçisi oldu -  FOTO
15:57 22 Oktyabr 2016
37 İdman
Ölkə mətbuatı
A- A+


İtaliya millisinin sabiq baş məşqçisi Marçello Lippinin yeni iş yeri müəyyənləşib. Fanat.Az xəbər verir ki, 68 yaşlı mütəxəssis Çinə dönməyə qərar verib.


O, bu ölkənin milli komandasını çalışdıracaq. Müqavilənin müddəti açıqlanmasa da, Lippinin ilinə 20 milyon avro qazanacağı bildirilir.


Qeyd edək ki, Lippi 2012-2014-cü illərdə Çinin "Quançjou Everqrand" klubunun baş məşqçisi olub. O, bu müddətdə 3 dəfə Çin çempionatının qalibi olub, həmçinin 2013-cü ildə Asiya Çempionlar Liqasını qazanıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-lippi-milli-komandann-ba-mqcisi-oldu-t53543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR