YAP Gəncədə kütləvi ağacəkmə aksiyası keçirib

YAP Gəncədə kütləvi ağacəkmə aksiyası keçirib
15:57 22 Oktyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ Yeni Azərbaycan Partiyası (YAP) respublikanın bölgələrində kütləvi yaşıllaşdırma, ağacəkmə kampaniyası keçirir.
YAP-dan "Report"a verilən məlumata görə, partiyanın Gəncə şəhəri təşkilatı Şəhər İcra Hakimiyyəti ilə birgə bu gün şəhərin Heydər Əliyev Park-kompleksində 450 hektar ərazidə 6000-dən çox ağac əkib.
ŞİH başçısının birinci müavini Elnur Rzayev, YAP-ın Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyevin, digər şəhər ziyalılarının də qatıldığı aksiyada partiya fəalları iştirak ediblər.


Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/yap-gencede-kutlevi-agacekme-aksiyasi-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR