İsmayıllıda 150 m uzunluqda təhlükə - FOTO

İsmayıllıda 150 m uzunluqda təhlükə - FOTO
16:22 22 Oktyabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Aramsız yağan yağışlar İsmayıllı rayonunun Sədiyan kəndində torpaq sürüşməsinə səbəb olub. Bu isə yaşayış məntəqəsində təhlükəli vəziyyət yaradıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, kəndin şimal hissəsindən mərkəzinə doğru dərinliyi 1,5 metr, eni isə 3 metr olmaqla, 150 metr uzunluğunda yarğan əmələ gəlib.

Sürüşmə nəticəsində kənd sakini, 1972-ci il təvəllüdlü Əliyev Ağalı Nadir oğluna məxsus təsərrüfat tikilisi dağılaraq yararsız vəziyyətə düşüb. Habelə, yaxınlıqda olan bir neçə yaşayış evi də təhlükə qarşısındadır.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/482139.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR