Dünya Kubokunda 4-cü yer

Dünya Kubokunda 4-cü yer
16:42 22 Oktyabr 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyada triatlon üzrə Dünya Kuboku keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışda Azərbaycan Postislav Pevtsovla təmsil olunub.

Avropa Kubokunun yekununda birinci olan idmançımız bu dəfə medalın bir addımlığında büdrəyib. Belə ki, Rio-2016-nın iştirakçısı finiş xəttinə 74 triatlonçu arasında 4-cü çatıb. O, bu məsafəni 53 dəqiqə 40 saniyəyə qət edib.
 
Düzdür, amerikalı Mettyu Makkelroy və rusiyalı Vladimir Turbayevski də analoji nəticə ilə müvafiq olaraq ikinci və üçüncü yeri tutublar. Onlar Pevtsovu əlavə mikrosaniyələr hesabına qabaqlayıblar. Dünya Kubokunun qalibi isə ispaniyalı Uksio Abuina Aresa olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/482091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR