Bu ilin ilk doqquz ayında tütün idxalı 2 dəfə azalıb

Bu ilin ilk doqquz ayında tütün idxalı 2 dəfə azalıb
16:42 22 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 120 574,63 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib. 
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2015-ci ilin ilk doqquz ayına nisbətən 100 357,27 min dollar yaxud 47,78% (1,9 dəfə) azdır.
Nəticədə 2016-cı ilin qeyd edilən ayları ərzində ölkəyə idxal olunan tütün və tütün məmulatları ümumi idxalın 1,94%-ni təşkil edib.
Hesabat dövründə Azərbaycandan 7 035,56 min dollar məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki il ilə müqayisədə 679,52 min dollar yaxud 10,69% çoxdur. Tütün və tütün əvəzedicilərinin ixracı ölkənin ümumi ixracının 0,11%-nə bərabər olub.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/bu-ilin-ilk-doqquz-ayinda-tutun-idxali-2-defe-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR